Tədbirlərin Azərbaycanda da davam etdiriləcəyi ehtimalları var; Türkiyə ordusundan 23 min 364 FETÖ-çü xaric olunub
Fətullahçı Terror Təşkilatının (FETÖ) Mərkəzi Asiyada əsas adamı olaraq tanınan Orhan İnandı Türkiyə Milli Kəşfiyyat Təşkilatının xaricdə apardığı əməliyyat çərçivəsində saxlanılıb. O, “silahlı terror təşkilatı qurmaq və idarə etmək”də ittiham olunur. Orhan İnandı tutularaq Türkiyəyə gətirilib. Orhan İnandı Qırğızıstandakı “Sapat” beynəlxalq təhsil müəssisəsinə rəhbərlik edib.
TRT Haber müxbiri Orhan İnandının Fətullah Gülən qruplaşmasına üzv olduğunu, 36 ildir bu hərəkatın içərisində yer aldığını etiraf etməsi haqda xəbər yayıb. Orhan İnandı FETÖ-nun Orta Asiya respublikaları üzrə (Özbəkistan xaric) məsul şəxsi olub. İfadəsində təsdiq edib ki, əvvəlcə hərəkatın Qırğızıstan üzrə məsul şəxsi (yaxud imamı) olub. 2017-ci ildən isə Fətullah Gülənin təlimatı ilə Qırğızıstanla yanaşı Azərbaycan, Qazaxıstan, Türkmənistan və Tacikistan üzrə məsul şəxs olduğunu təsdiqləyib.
İnandı Fətullah Gülənlə dəfələrlə görüşdüyünü də etiraf edib, sonuncu görüşünün bu ilin martında baş tutduğunu bildirib. Türkiyədə 2016-cı il iyulun 15-də baş vermiş hərbi çevriliş cəhdinin iki nömrəli şəxsi, hazırda axtarışda olan Adil Öksüzü (mülki şəxs olub) şəxsən tanıdığını, onunla Ankarada görüşdüyünü təsdiqləyib. Belə ehtimallar var ki, O.İnandının həbsi və ifadələri FETÖ ilə bağlı yeni gəlişmələr, həbslər ortaya çıxaracaq. Bu cür həbslərin Azərbaycanda da aparıla biləcəyi istisna deyil. İfadəsində təsdiq edib ki, əvvəlcə hərəkatın Qırğızıstan üzrə məsul şəxsi (yaxud imamı) olub. 2017-ci ildən isə Fətullah Gülənin təlimatı ilə Qırğızıstanla yanaşı Azərbaycan, Qazaxıstan, Türkmənistan və Tacikistan üzrə məsul şəxs olduğunu təsdiqləyib. İnandı Fətullah Gülənlə dəfələrlə görüşdüyünü də etiraf edib, sonuncu görüşünün bu ilin martında baş tutduğunu bildirib. Türkiyədə 2016-cı il iyulun 15-də baş vermiş hərbi çevriliş cəhdinin iki nömrəli şəxsi, hazırda axtarışda olan Adil Öksüzü (mülki şəxs olub) şəxsən tanıdığını, onunla Ankarada görüşdüyünü təsdiqləyib. O, Qırğızıstanda FETÖ mənsublarına pasport almaqda kömək etdiyini də etiraf edib, bildirib ki, həmin ölkədə diplomatik nömrə nişanlı avtomobillə gəzirdi. Orhan İnandı 26 illik fəaliyyəti ərzində Qırğızıstandakı FETÖ məktəblərindən 20 min nəfərin məzun olduğunu bildirib. Həmin məzunlardan bir çoxunun Qırğızıstanda mühüm vəzifələr tutduğunu deyib. Dindirmə zamanı Orhan İnandı FETÖ barədə “təşkilat” və ya “terror təşkilatı” ifadələrini işlətməyib, təşkilatı “camaat” adlandırıb, Fətullah Gülənə isə “xoca əfəndi” deyib. Onun barəsində həbs-qətimkan tədbiri seçilib və həbsxanaya göndərilib.
Bu arada Türkiyənin milli müdafiə naziri Hulusi Akar Türkiyə ordusundan FETÖ-çülərin uzaqlaşması haqda danışıb.
“FETÖ-yə qarşı mübarizə çərçivəsində Türkiyə Silahlı Qüvvələri sıralarından 23 min 364 hərbçi xaric edilib”, - deyə nazir bildirib.

Ötən gün FETÖ lideri Fətullah Gülənin varisi Məhməd Əli Şəngülün Almaniyada koronavirusdan öldüyü də məlum olub. Qırmızı siyahıda axtarılan Məhmət Əli Şəngül 3 aydır Almaniyanın Hessen əyalətində koronavirusdan müalicə alırmış. Qeyd edək ki, 15 iyul dövlət çevrilişindən əvvəl ölkədən qaçan Şəngül barəsində həbs qərarı var idi. Gülənin FETÖ-nu qurduğu zaman yanındakı 14 nəfərdən biri Şəngül olub.
FETÖ-yə qarşı tədbirlərin yaxın zamanlarda Azərbaycanda da davam etdiriləcəyi ehtimalları var.
Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”






