İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstanda elektron siqaretlərin idxalı və satışı qadağan edilib

410 24.01.2024 14:16 Dünya A A

Qazaxıstan parlamentinin deputatları səhiyyə məsələləri ilə bağlı düzəlişlər çərçivəsində tütün məmulatlarının istehlakını məhdudlaşdıran standartlar qəbul ediblər.

Musavat.com yerli mediaya istinadla xəbər verir ki, indi Qazaxıstanda elektron siqaretlərin (veyp) idxalı, istehsalı, satışı və yayılması qadağandır.

“Onların alverinə görə cinayət məsuliyyəti tətbiq edilir: satışa görə maksimum cəza 50 günə qədər həbs, idxal və yaymağa görə 2 ilədək müddətə azadlıqdan məhrum etmə, cinayətkar qrup tərəfindən törədilmiş eyni əməllərə görə və ya xüsusilə külli miqdarda, yaxud dəfələrlə olduqda 5 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur”, - məlumatda deyilir.

Bundan əlavə, tibb işçilərinə xəstənin fərdi xüsusiyyətlərindən asılı olaraq ən yaxşı müalicə üsullarını seçmək imkanı vermək üçün tibbi xidmətin göstərilməsində klinik protokolların məcburi istifadəsi istisna edilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR