İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstan Ukraynaya kömək etməyə hazırdır

1561 22.12.2014 10:29 Son xəbər A A
Qazaxıstan prezidenti Nursultan Nazarbayev Ukraynanın şərqindəki böhranı həll etmək üçün "ədalətli vasitəçi" olmağa hazırdır.

Nazarbayev Ukraynaya kömək etməyə, ölkənin müstəqilliyinə və ərazi bütövlüyünə zamin olmağa söz verib. 

Qazaxıstan prezidentinin bu fikirlərini Rusiyanın İnterfax xəbər agentliyi yayıb. Nazarbayev deyib ki, onların həm Rusiya, həm də Ukrayna ilə yaxşı əlaqələri var və bu münasibətlər də onun "sülh vasitəçisi"olmağına imkan verir.

Nazarbayev dekabrın 22-də Ukraynaya səfər edəcək. O, ukraynalı həmkarı Petro Poroşenko ilə görüşəcək.

 Dekabrın 21-də isə Belorus prezidenti Aleksandr Lukaşenko Petro Poroşenko ilə görüşüb ("Azadlıq" radiosu).

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR