İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstan Senatı ölüm hökmünün ləğvi haqqında qanunu qəbul edib

129 23.12.2021 14:58 Dünya A A

Qazaxıstan parlamentinin yuxarı palatası olan Senat ölkədə ölüm hökmünün ləğvi haqqında qanun layihəsini qəbul edib.

“Report” TASS-a istinadən xəbər verir ki, layihəyə əsasən, Cinayət Məcəlləsinin bütün maddələrindən ölüm hökmü ilə bağlı müddüalar çıxarılıb.

Bundan sonra ölkədə ən ağır cəza ömürlük həbs olacaq.

Prosedura görə, qanun Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin imzalamasından sonra qüvvəyə minəcək.

Belə ki, buna 2021-ci ilin yanvarında Qazaxıstan BMT-nin “Ölüm cəzasının ləğvinə yönəldilmiş mülki və siyasi hüquqlar haqqında Beynəlxalq pakta İkinci Fakültətiv protokol”unu ratifikasiya etdikdən sonra zərurət yaranıb. Senat da qərarın yaşamaq hüququnu təmin etməyə kömək edəcəyini vurğulayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR