İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstan mediası azərbaycanlı jurnalistlərin təşəbbüsündən yazdı

505 10.02.2015 12:33 Region A A
Azərbaycanda “Qarabağ Uğrunda” Jurnalist Hərəkatının yaradılması xarici media qurumları tərəfindən də maraqla qarşılanır. Gürcüstan mətbuatının ardınca digər ölkələrin informasiya daşıyıcıları da azərbaycanlı jurnalistlərin təşəbbüsü barədə xəbər yayımlayırlar.
Qazaxıstanın nüfuzlu  analitik  xəbər portalı “Respublika KZ” (http://www.respublika-kaz.info) “Qarabağ Uğrunda” Jurnalist Hərəkatının yaradılması, hərəkatın məqsəd və məramları barədə öz oxucularına ətraflı məlumat verib. “Qarabağ uğrunda jurnalistlər döyüşəcək” başlığı ilə yayımlanmış materialda Azərbaycan jurnalistlərinin Qarabağ münaqişəsi barədə həqiqətlərin dünya mətbuatında daha geniş formada yayımlanması istiqamətində fəaliyyət göstərəcəkləri qeyd olunub.  
Diqqətçəkən məqamlardan biri də odur ki, həm Gürcüstan, həm də Qazaxıstanın media qurumları Dağlıq Qarabağ və ətraf rayonların işğal altında olduğunu və bu ərazilərin BMT tərəfindən Azərbaycan ərazisi kimi tanındığını birmənalı şəkildə qeyd ediblər. 
Qeyd edək ki, digər ölkələrin KİV orqanları da “Qarabağ Uğrunda” Jurnalist Hərəkatına maraq göstərir, təşkilatın təmsilçilərindən müxtəlif açıqlamalar alırlar. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR