İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstan Futbol Federasiyasının prezidenti və baş katibi istefa verib

563 10.01.2018 19:38 İdman A A

Qazaxıstan Futbol Federasiyasının prezidenti Seilda Bayşakov istefa verib.

"Report"un Qazaxıstan Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, qurumun İcraiyyə Komitəsinin iclasında Bayşakov öz istəyi ilə postundan getdiyini açıqlayıb.

Məsələyə fevralın 10-da KFF-in növbədənkənar konfransında baxılacaq.

İcraiyyə Komitəsinin iclasında həmçinin Kanış Aubakirov ailə vəziyyəti ilə əlaqədar I vitse-prezident və baş katib vəzifəsindən istefası da müzakirəyə çıxarılıb. Onun yerinə Aytxojin Azamat təyin olunub. Bununla əlaqədar Azamat vitse-prezident vəzifəsindən azad olunub.

Qeyd edək ki, daha əvvəl Aleksandr Borodyuk Qazaxıstan millisinin baş məşqçisi vəzifəsindən istefa verib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR