İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstan ABŞ-ın tələbi ilə saxlanılan hakeri Rusiyaya ekstradisiya edib

388 21.12.2023 19:20 Dünya A A

Qazaxıstan hakerlik və qəsbdə ittiham olunan rusiyalı Nikita Kislitsini Rusiya Federasiyasına ekstradisiya edib.

Bu barədə Rusiya Baş Prokurorluğu məlumat yayıb.

İstintaqın məlumatına görə, 2022-ci ilin oktyabrında Kislitsin və onun əlaltıları qanunsuz olaraq şirkətlərdən birinin server məlumatlarına giriş əldə ediblər. Məlumatı köçürən hakerlər onun ictimai mənbələrdə yayılmamasına görə kriptovalyuta ilə 550 min rubl (10 min 30 AZN) ödəməyi tələb ediblər.

Kislitsin iyunun 22-də ABŞ-ın təşəbbüsü ilə İnterpolun sorğusu ilə Almatı hava limanında saxlanılıb. Eyni zamanda o, Rusiyada da federal axtarışa verilib. Kislitsinin ekstradisiyası üçün sorğu Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən 2023-cü ilin iyununda göndərilib.

“Rusiya Baş Prokurorluğunun əlaqələndirilmiş hərəkətləri və Qazaxıstan Respublikasının səlahiyyətli orqanları ilə təşkil olunmuş sıx qarşılıqlı fəaliyyət sayəsində təqsirləndirilən şəxslərin ekstradisiyası ilə bağlı qərara nail olmaq mümkün olub”, - deyə Rusiya prokurorluğunun məlumatında deyilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR