İnsanlara hürriyət, millətlərə istiqlal!

Qayrettepe-İstanbul Hava Limanı metro xətti gələn il istifadəyə veriləcək

889 06.11.2018 05:49 Dünya A A

Qayrettepe-İstanbul Hava Limanı metro xəttinin tikintisi 2019-cu ilin sonunadək başa çatacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhan məlumat verib. Nazir bildirib ki, 37,5 kilometr uzunluğunda olan bu xətt 9 stansiyadan ibarət layihələndirilib. İndiyədək bu yeraltı polad magistralda işlərin 23 faizi görülüb.

Qeyd edək ki, hazırda Atatürk Hava Limanının texnika və avadanlığı oktyabrın 29-da - Cümhuriyyət Günü rəsmi açılışı olan İstanbul Hava Limanına daşınmaqdadır. Rəsmi məlumata görə, dekabrın 31-dən etibarən İstanbul Hava Limanı sərnişinlərin xidmətində olacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR