İnsanlara hürriyət, millətlərə istiqlal!

Qayınatasını öldürən şəxsin məhkəməsində narazılıq - Prokuror cəza istəyəcək

444 17.09.2019 11:34 Kriminal A A

Qayınatasını qətlə yetirməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə günahlandırılan 1986-cı il təvəllüdlü Mehman Balayevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim İlham Mahmudovun sədrliyi ilə məhkəmənin hazırlıq iclası baş tutub.

Məhkəmə prosesində zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi vəsatət verib.

O bildirib ki, istintaq dövründə ekspertiza tərəfindən təqsirləndirilən şəxs barəsində "anlaqsız şəxs" olduğu rəyi verilsə də, zərərçəkmiş tərəf bu rəylə razı deyil. Vəkil təkrar ekspertiza keçirilməsini istəyib.

Məhkəmə vəsatəti təmin etməyib. Kollegiya belə qənaətə gəlib ki, həm ibtidai istintaq, həm də məhkəmə istintaqı dövründə stasionar ekspertiza keçirildiyi üçün təkrar ehtiyac yoxdur.

Prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan edilib.

Prokuror çıxış üçün vaxt istəyib. Proses sentyabrın 26-a təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin dekabr ayının 9-da Qubanın ikinci Nügədi kəndində baş verib.

1979-cu il təvəllüdlü Mehman Fərhad oğlu Balayev, bir neçə ay öncə atası evinə küsüb gedən həyat yoldaşını görmək adıyla qaynatasıgilə gedib.

Qaynatası 1961-ci il təvəllüdlü Heybətov Heybət ilə kürəkəni M.Balayev arasında mübahisə başlayıb. Münaqişə böyüyüb və  kürəkən qayınatasına bıçaqla zərbələr endirib.

Yaralı halda olan H.Heybətov Quba rayon Mərkəzi Xəstəxanasına aparılıb və orada dünyasını dəyişib.

Mehman Balayevə qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

İlkin Muradov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR