Atası tərəfindən tərk edilən və iflic xəstəsi Yasinin yardımınıza ehtiyacı var.
Cəbrayıl rayon məcburi köçkünü olan Ülviyyə Mahmudova deyir ki, tək istəyim oğlumun yaşamasıdır. Sadəcə bilim ki, nəfəs alır mənə bəs edər.
18 yaşlı Yasin Məmmədzadə iflic xəstəliyindən əziyyət çəkir. Lakin bu xəstəlik ilə bərabər mədəsində yaranan yaralar Yasinin rahat yemək yeməyinə də mane olur.
Ülviyyə Mahmudova bildirir ki, Yasini reabilitasiya mərkəzlərinə aparıb, lakin mədəsində olan yaralar səbəbindən müalicəsini dayandırmaq məcburiyyətində qalıblar:
“İndi isə Yasinin ürəyində böyümə gedir. Hazırda ürəyi normadan 4 dəfə böyükdür və böyümə hələ də davam edir. Bir neçə gün əvvəl övladımın vəziyyəti ağırlaşdı. Xəstəxanaya apardıq, 3 gün reanimasiyada yatdı. Əslində 5 gün qalmalı idi ,amma maddi durumumuz imkan vermədiyi üçün çox saxlaya bilmədik”.
İflic olduğu üçün tərk edən və bir dəfə də olsun ziyarət etməyən Yasinin atası övladı 18 yaşına çatan kimi gedib ərizə yazıb aliment verməkdən də imtina edib.
Yasinin atasının övladına biganə yanaşmasından danışan Ülviyyə Mahmudova bunları deyib:
"Hazırda Bakıda kirayədə yaşayıram. Bakıya Yasinin müalicələri üçün gəlmişik. Atası uşağa heç bir köməklik göstərmir.O, Yasinin 18 yaşı tamam olan kimi gedib ərizə yazaraq aliment ödəməmək haqqında qərar çıxartdırıb. Həkimlər Yasin doğulduqdan sonra bir daha ana olmayacağımı, yenidən övlad dünyaya gətirə bilməyəcəyimi demişdilər. Həyat yoldaşım da Yasin xəstə olduğuna görə, həm onu , həm də məni atıb getdi. 10 ildir ki, boşanmışıq. Yasin bu durumda olduğuna görə, bizi istəmədi, buna görə də ayrıldıq. Yasinə qarşı çox laqeyd idi, birgə yaşadığımız müddətdə də heç bir həkimə aparmağa qoymurdu, deyirdi lazım deyil boşuna müalicə etməyək, onsuz da sağalan deyil. Qayınanam da deyirdi ki, iynə vuraq ölsün, onsuz bu uşaq düzəlməyəcək. Mənim atasından və onun ailəsindən heç bir istəyim yoxdur, istədiyim tək şey Yasinin sağalması və ayağa qalxmasıdır. Ondan sonra istəsə getsin atası ilə də görüşsün".
Övladının yaşaması ilə həyata tutunan anası Ülviyyə Mahmudova Yasinsiz bir dəqiqə belə yaşaya bilməyəcəyini bildirir.
Özü işləyə bilmədiyi üçün kirayə haqqını çətinliklə ödəyən və maddi durumu çox zəif olan Ülviyyə Mahmudova sizlərdən övladının həyatda qalması üçün kömək istəyir.
Valideynin (anası) əlaqə nömrəsi: +994 51 313 69 43
Online bank AZN hesabı ilə 4169737706004526 kömək ede bilersiz.
![]()
Elçin Əkbərov
Ləman Rüfətqızı






