İnsanlara hürriyət, millətlərə istiqlal!

Qaxda yol qəzasında iki nəfər ağır xəsarət alıb

277 16.11.2019 01:51 Kriminal A A

Qax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında Qax-Qorağan avtomobil yolunun Əmircan kəndi ərazisindən keçən hissəsində baş verib. Rayonun Almalı kənd sakini, 1969-cu il təvəllüdlü Qiyas Cuma oğlu Yusifovun idarə etdiyi “VAZ 21099” markalı minik avtomobili ilə rayonun Əmircan kənd sakini 1994-cü il təvəllüdlü Qəhrəman Ələstan oğlu Ağalarovun idarə etdiyi “VAZ 21011” markalı minik avtomobili toqquşub.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Q.Yusifov və Q.Ağalarov Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Tibb müəssisəsindən bildirilir ki, Q.Yusifov və Q.Ağalarovun müalicələri xəstəxananın Cərrahiyyə şöbəsində aparılır, vəziyyətləri orta-stabil qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR