İnsanlara hürriyət, millətlərə istiqlal!

Qaxda qayınata ehtiyatsızlıqdan kürəkənini avtomobillə vurub

806 17.12.2018 02:00 Kriminal A A

Qax sakinini avtomobil vurub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, rayonun Turaclı kənd sakini 1978-ci il təvəllüdlü Rəşad Feyzulla oğlu Ramazanov bu gün axşam saatlarında Qax rayon Mərkəzi Xəstəxanasına bədən xəsarətləri ilə daxil olub.

Müayinə zamanı yaralıya qarının sağ yarısının küt zədəsi diaqnozu qoyulub. Məlum olub ki, hadisə 40 yaşlı R.Ramazanov kənd ərazisində avtomobil təmir edərkən baş verib. Onu qayınatası idarə etdiyi avtomobillə ehtiyatsızlıqdan vurub.

Qeyd edək ki, bir neçə gün əvvəl də Qaxda avtomobil piyadanı vurub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR