İnsanlara hürriyət, millətlərə istiqlal!

Qaxda itkin düşən ailəli qadının üç uşaq atasına qoşulub qaçdığı məlum olub - FOTO

1475 03.12.2019 14:05 Ölkə A A

Ötən gün Qax rayonunda itkin düşən 1989-cu il təvəllüdlü Bahar Fidayıl qızı Cəmilova tapılıb.

"Report"un Şimal-qərb bürosu xəbər verir ki, ailəli olan Bahar Cəmilova, ailə qurmaq məqsədilə Oğuz rayonu Kərimli kəndində yaşayan kişiyə könüllü olaraq qoşulub qaçıb. B.Cəmilova bu barədə atasına zəng edərək öz istəyi ilə getdiyini deyib.

B.Cəmilovanın qoşulub qaçdığı kişinin 3 uşağı var.

Xatırladaq ki, Qax şəhər Üzeyir Hacıbəyov küçəsində yaşayan 1989-cu il təvəllüdlü Bahar Fidayıl qızı Cəmilova evdən çıxıb və geri qayıtmayıb. B.Cəmilova evlidir, 1 övladı var.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR