İnsanlara hürriyət, millətlərə istiqlal!

Qaxda BMT-nin xidməti avtomobili qəzaya düşüb, xəsarət alanlar var

536 12.10.2021 20:45 Hadisə A A

Qax rayonunda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan nümayəndəliyinə məxsus "Toyota Camry" markalı avtomobil qəzaya düşüb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında şəhərin mərkəzi hissəsində qeydə alınıb.

Belə ki, "Toyota Camry" markalı 076-D-001 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə motosiklet toqquşub. Nəticədə motosikletdə olan iki nəfər - Qax rayonunun Əmbərçay kənd sakinləri müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR