İnsanlara hürriyət, millətlərə istiqlal!

QAT “XALQ DİPLOMATİYASI”nın YENİDƏN CANLANDIRILMASINI PİSLƏDİ

849 14.12.2010 09:55 Gündəm A A
QAT mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda “xalq diplomatiyası”nın əleyhinə olan bəzi QHT-lərin də bu prosesə qoşulması təəssüf hissi ilə qarşılanıb: “Görünür ki, onlar da erməni varlılarının pul kisəsi qarşısında duruş gətirə bilmədilər. Bu cür QHT rəhbərlərinin nəzərinə bir daha çatdırırıq ki, əgər Ermənistan rəhbərliyi və cəmiyyəti işğal olunmuş ərazilərin bir qarışını da geri qaytarmayacağını bildirirsə, işğal olunmuş ərazilərdə hərbi təlimlər keçirir və hətta meyitlərlə alver edirsə, ”xalq diplomatiyası"nın, əməkdaşlıq və barış çağırışlarının heç bir mənası yoxdur. Bu yolla erməniləri öz niyyətlərindən daşındırmaq mümkün deyil. QHT rəhbərləri bu hərəkətləri ilə Ermənistanın işğalçı siyasətinə xidmət göstərir, Azərbaycanın milli maraqlarına zərbə vururlar".
Bəyanatda bildirilib ki, QAT öz imkanları hesabına bu QHT-lərin fəaliyyətinin qarşısını ala bilər. Lakin qurum Azərbaycan cəmiyyətində qarşıdurmanın yaranmasını istəmir.
Bəyanatda Azərbaycanın Ədliyyə, Milli Təhlükəsizlik nazirliklərinə və digər hüquq-mühafizə orqanlarına bu cür QHT-lərin fəaliyyətinin araşdırması ilə bağlı da müraciət edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR