İnsanlara hürriyət, millətlərə istiqlal!

QAT sədri Yenidən Rifah partiyasının qurultayında iştirak etdi və gileyləndi -Foto

1267 17.11.2019 22:24 Ölkə A A

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Türkiyənin paytaxtı Ankara şəhərində Yenidən Rifah Partiyasının qurultayında iştirak edib. Musavat.com-a verilən məlumata görə, qurultayda Azərbaycanla yanaşı, İraq, Pakistan, Əfqanıstan, Sudan və digər ölkələrdən də nümayəndələr iştirak ediblər.

Məlumata görə, möhtəşəm qurultayda minlərlə insan iştirak edib. Ankara Spor salonu qurultay nümayəndələrinin ancaq yarısından bir qədər çoxunu qəbul edə bilib. Minlərlə insan salonun qarşısında qurultayı monitorlar vasitəsilə izləyə biliblər. Qurultayda əsasən, partiyanın rəsmi şəxsləri mövqelərini və fikirlərini bildiriblər və təxminən bir saat yarım partiyanın başqanı Fatih Ərbakan çıxış edib. Həm partiya başqanının, həm digər rəsmlərin çıxışlarında partiyanın yeni mövqeyi daxili siyasət sahəsində, xarici siyasət sahəsində prinspial məsələlər öz əksini tapıb.

QAT sədri Akif Nağı qurultayla bağlı təəssüratlarını bölüşərkən deyib ki, həddindən artıq izdihamlı, möhtəşəm bir qurultay oldu: “Belə görünür ki, Türkiyənin siyasi mühitinə yeni bir təsirli, güclü partiya gəlir. Bu partiyanın əsas xətlərindən biri müsəlman, islam ölkələri ilə həmrəylik, amma dünyada gedən bütün proseslərə intqerasiya olunmaq, daxili siyasətdə kifayət qədər təsirli dəyişikliklər etmək, və sair məsələlər dayanır. Qurultay rəsmlərinin dediklərinə görə, 40 mindən artıq partiyanın üzvü var. Lakin partiyanın 15 minə yaxın üzvü qurultayda iştirak edirdi”.

Ancaq QAT sədri gileyini də gizlətməyib: “Biz hər yerdə Qarabağ məsələsinin öndə olmasını istəyirik. Lakin qurultayda Qarabağ məsələsindən danışılmadı. Adətən, Türkiyənin siyasi ictimai qurumlarının toplantılarında Fələstin məsələsi də qabardılır, amma Fələstin məsələsindən də danışılmadı. Mən hesab edirəm ki, bu, yeni güclənən, yeni ortaya gələn partiyanın çatışmayan cəhətlərindən biri idi. Digər tərəfdən, qurultayda xaricdən gələn qonaqlar qurultay iştirakçılarına bir - bir təqdim olundu və Fələstin nümayəndələri təqdim olunarkən daha gurultulu alqışlarla qarşılandı. Qarabağ Azadlıq Təşkilatının sədri təqdim olunanda da kifayət qədər alqışlandı, amma fələstinli nümayəndələrlə müqayisədə o qədər də effektli qarşılığı olmadı. Hesab edirəm ki, bu da bizim buraxdığımız yanlışlıqların nəticəsidir. Biz Türkiyə mühitində daha çox işləməli, ictimai siyasi mühitində Qarabağ məsələsi daha çox qabardılmalıdır. Bu qənaətə gəlmək olar ki, çoxlu sayda görüşlər, tədbirlər, təmaslar olmalıdır. Türkiyə kimi bizə dost və qardaş ölkənin siyasi və ictimai gündəmində Qarabağ məsələsi ön planda olmalıdır”.

QAT sədri deyib ki, qurultay öz işini başa çatdırsa da, planlaşdırılan görüşlər davam edir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR