İnsanlara hürriyət, millətlərə istiqlal!

QAT sədri ABŞ səfirliyi qarşısında niyə aksiya keçirməmələrindən danışdı

561 06.11.2019 09:20 Siyasət A A

Akif Nağı: “Əgər İdarə Heyətinin qərarı olarsa...”

Qarabağdakı qondarma rejimin “xarici işlər naziri” Masis Mayilyanın başçılıq etdiyi nümayəndə heyəti  Amerika Birləşmiş Ştatlarının paytaxtına “işgüzar səfər” edib. Masis Mayilyan səfər çərçivəsində ABŞ Konqresində “dqr”in “müstəqilliyinə həsr olunmuş məruzə” ilə çıxış edib.

Səfər Azərbaycan ictimaiyyəti tərəfindən kəskin reaksiyalarla qarşılandı. Ekspertlər, müstəqil siyasilər bildirdilər ki, nə üçün rəsmi Vaşinqton Krım, Abxaziya, Katoloniya separatçılarını iqnor etdiyi halda, Azərbaycanla bağlı oxşar addımı atmır.  

Yada salaq ki, məsələ ilə bağlı ABŞ-ın Azərbaycandakı səfiri Li  Litsenberqer XİN-ə çağırılıb. Dağlıq Qarabağ separatçılarının nümayəndəsi Masis Mailyanın Vaşinqtona səfəri ilə bağlı ona etiraz notası təqdim edilib. Notada deyilir ki,  ABŞ hakimiyyətinin separatçılara viza verməsi Qarabağ münaqişəsinin nizamlanması prosesinə zərbə vurur və belə səfərlər ATƏT-in Minsk Qrupunun həmsədri kimi ABŞ-ın öhdəliklərinə, həmçinin beynəlxalq hüquqa ziddir. Amerika tərəfinin diqqətinə çatdırılıb ki, ABŞ münaqişənin həllinə mənfi təsir edəcək istənilən addımdan çəkinməlidir.

Öz növbəsində səfir Litsenberqer deyib ki, Konqresin bəzi üzvləri Vaşinqtonda Dağlıq Qarabağdan olan qonaqları qəbul ediblər. O qeyd edib ki, ABŞ Dağlıq Qarabağdakı rejimi tanımır.

Leyla Abdullayeva ile ilgili görsel sonucu

XİN-in mətbuat katibi Leyla Abdullayeva yaydığı məlumatda bildirir ki, həmçinin ATƏT-in Minsk Qrupunun amerikalı həmsədrinə də bu xüsusda etirazları çatdırılıb: “Səfirliyimiz tərəfindən ABŞ Konqresinin Nümayəndələr Palatasının spikerinə, eləcə də rəhbər heyətinə, bir-sıra komitə sədrlərinə müvafiq məktublar ünvanlanıb. Eyni zamanda ATƏT-in Minsk Qrupunun amerikalı həmsədrinə də bu xüsusda etirazımız çatdırılıb.

Qondarma qurumun təmsilçisi viza müraciətində yanlış məlumatlar verdiyi halda, bu məsələyə ABŞ tərəfindən göz yumulmasının və ABŞ-ın ümumi siyasətinə uyğun gəlməyən bu yanaşmanın təəccüb doğurduğu ABŞ rəsmilərinin qarşısında qaldırılıb.

ABŞ tərəfi Masis Mayilyanın səfərinin şəxsi xarakter daşıdığını, administrasiyanın onu dəstəkləmədiyini və onun hər hansı administrasiya rəsmisi tərəfindən qəbul edilməyəcəyini bildirib. ABŞ-ın separatçı rejimi tanımamaq siyasətinin dəyişməz olaraq qaldığı vurğulanıb", - deyə məlumatda bildirilib.

Azərbaycanda fəaliyyət göstərən Qarabağ Azadlıq Təşkilatı (QAT) adətən bu kimi məqamlarda səfirlik önündə aksiya keçirir. Bəs nə üçün hazırkı məqamda onlar susublar?

QAT sədri Akif Nağı ile ilgili görsel sonucu

QAT sədri Akif Nağı “Yeni Müsavat”a açıqlamasında bildirib ki, bu barədə müzakirələr aparırlar: “Ermənilər hər cəhətdən çalışırlar ki, qondarma rejimi dövlət kimi təbliğ etsinlər. Ona görə də müxtəlif ölkələrə səfər edirlər. Amerikaya səfərlərinin də məqsədi budur. Orada da konqresmenlərlə, politoloqlarla görüş keçirdilər. Oradan sonra Rusiyaya gediblər. Ancaq mən diqqət etdim ki, Rusiyada o qədər də yüksək səviyyədə tədbir keçirmədilər. Çalışırlar ki, qondarma rejimi dünyaya tanıtsınlar.  Düşmən öz məqsədlərini həyata keçirməyə çalışır. Biz də çalışmalıyıq ki, ən azından onların bu kimi tədbirlərinin təsirini aşağı endirək. QAT olaraq bəyanat veririk. Eyni zamanda bu məsələ ilə bağlı aksiya da keçirə bilərik. Bunun üçün QAT İdarə Heyətinin də qərarı olmalıdır. Amerika və ya Rusiya səfirliyinin qarşısında aksiya keçirmək məsələsi ilə bağlı idarə heyətinin toplantısında müzakirələr aparacağıq.

Hesab edirəm ki, aksiyadan və bəyanatdan daha çox elə bir siyasət aparılmalıdır ki, onların təbliğatları özlərinə qarşı çevrilməlidir. Yəni Amerikada da bu istiqamətdə işlər aparılmalı, Qarabağın həqiqi sahibləri göstərilməlidir. Bizim bu yaxınlarda Moskva səfərimiz də oldu. Orada həmin məqsədlə getmişdik ki, Qarabağ həqiqətlərini çatdıraq. Görüşlərimiz zamanı Rusiyanı nümayəndələrinə çatdırdıq ki, Qarabağ elə Azərbaycan deməkdir. Bu istiqamətdə düşünürəm ki, rəsmi və qeyri-rəsmi işlərimizi gücləndirməliyik. Hesab edirəm ki, Azərbaycanın Xarici İşlər Nazirliyi dediyim istiqamətdə əsaslı işlər aparmır. Səfərliklər də heç bir işlə məşğul olmurlar. Onları tənqid etməyimizlə yanaşı, özümüz də ictimai təşkilat olaraq üzərimizə düşən işləri görməliyik. Gələn həftə Türkiyəyə səfərimiz olacaq. Orada da Qarabağla bağlı təbliğatımızı aparmağı düşünürük. Aksiya ilə bağlı da yuxarıda qeyd etdiyimiz kimi düşünürük. Əgər idarə heyətinin qərarı olarsa, aksiya keçirəcəyik”.

Əli RAİS,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR