İnsanlara hürriyət, millətlərə istiqlal!

Qasım Süleymaninin öldürülməsinə görə Almaniya kansleri və hökuməti məhkəməyə verilib

678 28.02.2020 00:58 Dünya A A

Almaniyanın Sol partiyasının Bundestaqdakı deputatları Federal prokurorluğa iddia ərizəsi ilə müraciət edərək kansler Angela Merkel və hökumət üzvlərini məhkəməyə veriblər.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, alman deputatlar bu ilin yanvar ayında öldürülən İran generalı Qasım Süleymani və iranyönlü şiə hərbi qruplaşması sayılan “Əl-Həşd əş-Şəbi” təşkilatının rəhbər müavini Əbu Mehdi Əl-Mühəndisin öldürülməsində ölkə rəhbərliyinin əli olduğunu irəli sürüblər.

Onların fikrincə, federal hökumət həmin sui-qəsd zamanı ən azı səssiz qalmaqla qətl hadisəsinə kömək göstəriblər. İddia ərizəsini parlamentin 8 deputatı imzalayıb.

Sənəddə cavabdeh olaraq kansler, xarici işlər naziri Hayko Maas, müdafiə naziri Anneqret Kramp-Karrenbauer və daxili işlər naziri Hörst Ziihofer göstərilib.

Alman solçularının iddiası sui-qəsdi həyata keçirən amerikan pilotsuz aparatların ABŞ Hərbi-hava qüvvələrinin Almaniyanın qərbində yerləşən Ramştayn bazasından idarə olunmasına söykənib. Deputatlar hökumət üzvlərinin Ramştayndan beynəlxalq hüquqi zidd hərəkətlərin törədilməsinə göz yummasına görə məsuliyyat daşıdıqlarını bildiriblər.

“Alman Ramştaynı ABŞ tərəfindən həyata keçirlən qlobal zorakılıq siyasətinin məhək daşlarından biri sayılır. Qasım Süleymaninin məqsədyönlü şəkildə məhvi əsl cinayətdir,”-deyə ərizədə qeyd olunur.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR