İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarşıdakı 15 il Rusiya iqtisadiyyatı üçün durğunluq dövrü olacaq

1116 15.02.2016 14:23 Son xəbər A A
2030-cu ilə kimi Rusiya iqtisadiyyatı ildə cəmi 1-1,3% artacaq. 

Avropa.info xəbər verir ki, gələcək 15 ildə ölkə ÜDM-i 13% artacaq. Müqayisə üçün demək lazımdır ki, sadəcə 2011-2013-cü illərdə bu miqyasda artım qeydə alınmışdı. 

2014-cü ildə qeydə alınan ÜDM yalnız 2020-ci ildə özünü bərpa edəcək. 2014-cü ildə verilən maaşlar isə yalnız 10 ildən sonra qayıdacaq. Bütün bu məlumatlar Rusiya Maliyyə Nazirliyinin hesabatında öz əksini tapıb.

Nazirlik bildirir ki, ölkə struktur islahatlar keçirməsə bu ssenari ilə üz-üzə qalacaq. Bu ssenariyə əsasən neftin bir barelinin qiyməti 40 dollar olmalıdır. Rusiyanın neft hasilatının artım səviyyəsi 2016-cı ildə tamamilə dayanacaq. İnflyasiya 2017-ci ildə 4% təşkil edəcək, 2030-cu ilə kimi 2,6% təşkil edəcək.

Maliyyə nazirliyinin nümayəndəsi bildirib ki, struktur islahatlar keçirmək üçün neftin bir barelinin 50 dollar olması lazımdır. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR