İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qarnımı və sinəmi açım, sonra...” - Şou-biznesdə yeni qalmaqal

2515 06.02.2019 16:04 Qalmaqal A A

Şou-biznesdə yeni qalmaqalın əsası qoyulub. Bu dəfə müğənnilər Sevda Sanaliyeva ilə Afət Fərmanqızı mübahisə ediblər.

Belə ki, Sevda “Nəsimi” filmindən kadr paylaşaraq Afəti tənqid edib: "Tariximizə sahib çıxaq və hörmətlə yanaşaq, düşmənlərimizi özümüzə güldürməyək. Bu biabırçılığı oxuyub, mənə burada yazıb, tez "bloka" niyə atırsan? Məncə, insan özünü, bundan betər günə qoya bilməzdi".

Afətin cavabı Sevdaya gecikməyib. O, həmkarının ünvanına təhqir dolu sözlər yazıb: "Bu keçmişdə rəqqasəlik edən xanım, indi qarnını örtüb, olub ev qızı. Nəsiminin qəzəlini paylaşıb, məni tariximizə hörmətsizlik etməkdə qınayıb, öz aləmində. Gülüm bir az. Nə yaxşı işdir, gedim qarnımı və sinəmi açım, göbəyimlə pul qazanım, sonra da örtüm, tarixi dəyərlərdən danışım. Ay səni öləsən elə... Tarixi dəyərlərdən mental dəyərləri yaşadan insanlar danışa bilər. Məsələn, mənim kimi qəzəli yaşadan. Qurtarmırlar, birinin başını əzirsən, o biri qalxır. Amma pulumuz da var, adımız da. Məni qara siyahıya salıb, o rəqqasəcik. Yalandan da yazıb ki, guya mən etmişəm. Artıq-əskik yazsan, ailəndəki o məsələləri işıqlandıracağam".

Könül,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR