İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qarğışlarınız öz canınıza tökülsün” – Təranə Qumral qarışlara qarğışla cavab verdi

917 19.01.2021 15:12 Şou-biznes A A

Müğənni Təranə Qumral sosial şəbəkədə ünvanına yazılan təhqirlərə münasibət bildirib. 

Musavat.com xəbər verir ki, ifaçı bir neçə gün əvvəl qızları ilə rəqs edərkən çəkilən videosunu yayıb. Onların görüntüləri sosial şəbəkədə birmənalı qarşılanmayıb və tənqid olunub. Müğənni daha sonra ünvanına yazılan tənqidlərə cavab verib:
"Bir ildir efirə çıxmıram, özümlə bağlı sosial şəbəkəyə video qoymuram. O gün bir video yayımladım, altına oturub nə qarğışlar, söyüşlər yazmısız. Öz başınıza tökülsün. Götürüb nəsə yazsam, deyəcəksiniz, Təranə Qumral izləyicisini təhqir etdi. Amma sizin məni hər cür təhqir etməyə haqqınız var? Qarğışlarınız öz canınıza tökülsün. Hünəriniz var bir də qarğış yazasınız".

Təranə daha sonra paylaşımındakı şərh bölümünü bağlayıb.

Könül
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR