QARDAŞI TUTULAN KEÇMİŞ YAP-çı DEPUTAT ÜSYAN PÜSKÜRDÜ
Qeyd edək ki, M.Manafov iki gün əvvəl elə iş yerində, kabinetindəcə həbs edilib. Qusarda gəzən xəbərlərə görə, həbsin arxasında ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov dayanır. Aldığımız xəbərlərə görə, nazirlə Manafovlar ailəsi arasında qohumluq əlaqəsi var. Kəsəsi, onlar qız alıb-veriblər. M.Manafovu Bağırovun bu vəzifəyə gətirdiyi deyilir.
Araşdırma apararkən öyrəndik ki, M.Manafov rəsmi işdə çalışmaqla yanaşı, iş adamı kimi də fəaliyyət göstərib. Belə ki, ona məxsus karton sexinin digər ortağının H.Bağırov olduğu, Manafovun bu obyekti nazirlə şərik işlətdiyi deyilir. Rusiyadan kağız gətirib burada karton düzəltdirən M.Manafov sonradan onu satışa çıxarırmış.
Mənbəmizin sözlərinə görə, əldə olunan qazanc nazirə vaxtında çatdırılmayıb. Nəticədə H.Bağırov Manafovu cəzalandırmağa qərar verib. Hətta karton biznesi ilə məşğul olan digər adamların da bu prosesdə rolu olduğu deyilir. Hesab edilir ki, onlar Manafovu sıradan çıxartmaq üçün məqsədli şəkildə məlumatlar yayıblar. “Manafov malı ucuz satırmış və digər sexlərin bazarını öldürürmüş”. Bunu da mənbə deyir.
Yazı hazırlanarkən başqa bir qaynağımızdan daha ilginc məlumat aldıq. Məlumata görə, hazırda Xudat dəmiryolu stansiyasında Rusiyadan M.Manafovun adına gələn 4 vaqon kağızı boşaldırlar. Kağız müsadirə olunub və onun hansı istiqamətə aparılacağı məlum deyil. O da bildirilir ki, 1952-ci il təvəllüdlü M.Manafov rayonda “yaxşı insan, çörək verən şəxs” kimi tanınır. Bu mənada onun həbsi yerli əhalini şoka salıb. Hazırda onun harada saxlandığını Qusarda heç kəs bilmir.
Rayondakı başqa bir mənbə isə hadisənin pul üstündə baş verdiyini iddia edir. Məlumata görə, artıq M.Manafov Bakıya gətirilib. Onu da öyrəndik ki, rayonda M.Manafovun yanacaqdoldurma məntəqəsi də var. Həmin obyekti qaynı işlədir.
Maraqlıdır, YAP-ın aparıcı fiqurlarından olmuş A.Manafovanın qardaşının həbsi hakim partiyada necə qarşılanıb? YAP mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev araşdırma apardıqdan sonra Mikayıl Manafovun YAP üzvü olduğunu dedi: “YAP üzvü olan bir şəxsin belə bir ittihamla həbs olunmasına görə çox böyük təəssüf hissi keçiririk. Bizim fikrimizcə, YAP-ın üzvü olan bir şəxsə qarşı belə bir ittiham elan olunubsa, ona qarşı cinayət məsuliyyəti ikiqat xarakter daşımalıdır. Yəni ikiqat məsuliyyətə cəlb olunmalıdır”. YAP sözçüsü onu da qeyd etdi ki, A.Manafova diplomatik fəaliyyətdə olduğu üçün artıq siyasi mənsubiyyət daşımır.
XİN-in mətbuat katibi Elxan Poluxov isə bu barədə bir söz deyə bilməyəcəyini söylədi.
Dünən Belarusdakı səfirliyimizə telefon açıb A.Manafovanın özü ilə də danışdıq. Asya xanım hələlik məsələnin mahiyyətindən xəbərsiz olduğunu dedi: “Özüm də bilmirəm nə baş verib”. Xanım diplomat qardaşının həbsindən dərhal sonra Bakıya uçduğu barədə xəbəri təkzib etdi. Ancaq bildirdi ki, elə bu gecə (dünən gecə - E.P.) Bakıya uçacaq və məsələni araşdıracaq. A.Manafova qardaşına məxsus malın müsadirəsindən də xəbərsiz olduğunu söylədi. Bildirdi ki, hələlik məsələnin ədalətli araşdırılması üçün hər hansı quruma müraciət etməyib: “Bakıya gəlib müraciət edəcəyəm”.
Görəsən, YAP-ın yaradıcılarından biri bu faktı seçki ilində özünə qarşı hərəkət sayırmı? A.Manafova: “Gəlib aydınlaşdırandan sonra bu barədə deyərəm. Hələ mənim heç bir məlumatım yoxdur. Özüm də narahatam ki, nədən belə bir fakt olub”. Qardaşının həbsində nazir H.Bağırovla aralarında olan pul məsələsinin əsas səbəb olması barədə deyilənlərə gəldikdə, diplomat bundan da bixəbər olduğunu qeyd etdi: “Bakıda lazım olan şəxslərlə görüşəcəyəm. Lazım gələrsə, bütün Azərbaycanı ayağa qaldıracağam”. A.Manafova ölkə başçısına müraciət edəcəyini də istisna etmədi.
Hazırda qardaşının harada saxlanmasından xəbərsiz olan xanım Manafova hələlik vəkil tutulmadığını da vurğuladı. Bəs Belarusdakı səfir Əli Nağıyev məsələ ilə maraqlanıbmı? A.Manafova onun məsələdən xəbərsiz olduğunu, yenicə məlumat aldığını dedi.
Bu arada Qusar Rayon Məhkəməsinin M.Manafov barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçdiyi barədə məlumat yayılıb (milli.az). O, Cinayət Məcəlləsinin 179.3.2-ci (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israfetmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova ilə də əlaqə saxladıq. Bildirdi ki, M.Manafov 2009-cu ilin oktyabrında yol verdiyi nöqsanlara görə işdən çıxarılıb. “Onun həbsinin nazirliyimizə aidiyyəti yoxdur. Ola bilər özəl fəaliyyəti buna səbəb olub”. Nazirlik sözçüsü M.Manafovla H.Bağırovun şərikli biznes qurması və birincinin həbsində nazirin iştirakı barədə deyilənləri də təkzib etdi.