İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qardaş yardımı” Platforması çərçivəsində Türkiyədə bu işlər görülür- FOTO, VİDEO  

931 23.03.2023 17:54 Sosial A A

 

Türkiyədə əsrin faciəsi sayılan zəlzələdən əziyyət çəkənlərə azərbaycanlıların yardım kampaniyası davam edir.

Bu barədə Musavat.com-a məlumat verən “Qardaş yardımı” Platformasının rəhbərlərindən biri olan iş adamı Xəqani İbrahimov bildirib ki, onlar bu günlər ərzində zəlzələ bölgəsində olub, dağıntılardan əziyyət çəkən insanlara yardım göstəriblər.

Xəqani İbrahimov qeyd edib ki, Adanadan başlayan səfərləri digər ərazilərə də davam edib:

“Osmaniyə, Nur dağı, Türkoğluda, Qazintəpə, Adıyamanda  səfərdə olduq. Türkoğluda iftar süfrəsinin verilməsi barədə də planımız var. Adıyamanda Hüseyn Böyükfıratla görüşüb, vəziyyətlə maraqlandıq”.

Xəqani İbrahimov məlumat verib ki, Adıyamanda Səlvər Bəşirlini də görüblər və onlar da quruculuq işlərinə yardım göstərirlər.  

İş adamı məlumat verib ki, hazırda Kahramanmaraşdadırlar və orada da zəlzələdən öncə Bakıda çalışan, hazırda isə zəlzələ bölgəsində olan iş adamları günə 50 min çörək bişirib, insanlara paylayırlar. Xəqani İbrahimov qeyd edib ki, əllərindən gələn köməyi qardaş Türkiyənin zəlzələdən əziyyət çəkən vətəndaşlarına əsirgəməyəcəklər.

“Qardaş yardımı” platforması zəlzələ bölgəsində hələ bir müddət qalıb, orada insanlara yardıma davam edəcək.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR