İnsanlara hürriyət, millətlərə istiqlal!

“QARASU” ƏMƏLİYYAT ŞİRKƏTİ YAZDIQLARIMIZA REAKSİYA VERDİ

2353 10.01.2012 09:00 Ölkə A A
O deyib ki, yazıda adıçəkilən Bəxtiyar Agakişiyev “Qarasu” Əməliyyat Şirkətinin nəqliyyat sexinin deyil, nəqliyyatın təminatı şöbəsinin rəisidir. Şirkətdəki ştatlarının ixtisarına gəlincə, R.Ələkbərov bildirib ki, şirkətdə ixtisar aparılmır və gələcəkdə də belə bir addımın atılması planlaşdırılmır. R.Ələkbərov şirkətin yanacaqdoldurma məntəqəsindən yanacaq satılması xəbərini də cəfəngiyyat adlandırıb.
B.Ağakişiyevin şirkətin rus millətindən olan rəhbər işçilərinə əxlaqsız qadınlarla görüş təşkil etməsinə də münasibət bildirib: “Şirkətin Şirvan şəhərində rus millətindən olan rəhbər işçisi yoxdur. 3 nəfər xarici vətəndaş olan işçi var, onlar da qeyri-rus millətindəndirlər. Hər üçü öz ailə üzvləri ilə qonaq evlərində qalırlar. Onlara Bəxtiyar Ağakişiyevin hansısa qadınla görüş təşkil etməsi yalan və böhtandır”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR