İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qaranlıqdan aydınlığa” yazan Zəlimxan Məmmədli sazda “Ruhani” ifa etdi-ilginc video, fotolar  

1213 21.07.2024 14:20 Ölkə A A

DAK İdarə Heyətinin üzvü, Çağdaş Borçalı Cəmiyyətinin qurucu sədri, politoloq Zəlimxan Məmmədli “Xudafərin” şadlıq sarayında Milli mətbuat günü və yeni çapdan çıxmış “Qaranlıqdan aydınlığa” kitabının təqdimatına həsr olunmuş tədbir keçirib. Bir qrup mətbuat nümayəndələrinin, siyasət adamlarının, ziyalıların, ekspertlərin, həmçinin Z.Məmmədlinin özünə yaxın bildiyi digər şəxslərin iştirak etdiyi ziyafətdə xoş anlar yaşanıb.  

Bir neçə gün əvvəl 67 yaşı tamam olan Z.Məmmədli qonaqları səmimi salamlayaraq, xoş arzularını çatdırıb, jurnalistləri qarşıdan gələn bayram münasibətilə təbrik edib. Keçdiyi həyat yolu, qazandığı dostlar, Borçalıda ənənəvi qaydada keçirilən Elat bayramı, Qarabağın azadlığı, Azərbaycanın bundan sonrakı hədəfləri barədə fikirlərini çatdıran ev sahibi müəllifi olduğu növbəti kitabını “Qaranlıqdan aydınlığa” kitabını hədiyyə edib. Borçalı hərəkatının 35, Elat bayramının 15 illiyinə həsr olunan kitabda müəllifin qələmə aldığı maraqlı materiallar toplanıb. Qeyd edək ki, ixtisasca həkim-politoloq olan Z.Məmmədli aktiv ictimai-siyasi fəaliyyətlə yanaşı, yaradıcılığa da vaxt ayıran tanınmış insanlardandır. Bundan əvvəl onun “İdman böyük diplomatiyadır”, “”Borçalı dastanı”, “İnsan”, “Dirəniş”, “Vraç pokarivşiy Kafkaz miloserdiem”, “Vətənin dadı-Vətən adı”, “Başkeçid qolunu saldı boynuma”(həmmüəllif) adlı kitabları nəşr olunub.

Keçirilən tədbirdə saz musiqisinə də yer ayrılıb. Aşıq sazını köksünə basıb Zəlimxan Məmmədlinin yazdığı şeirlərdən oxuyub. Musavat.com-un əməkdaşı Elşad Paşasoyun təkidli xahişindən sonra Zəlimxan bəy məclisdə iştirak edən açığın sazını götürərək “Ruhani” ifa etməyə razılaşıb. Hörmətli Zəlimxan bəyi doğum günü və yeni kitabının nəşri münasibətilə bir daha təbrik edir və onun ifasını oxucularımıza, tamaşaçılarımıza təqdim edirik:

E.Paşasoy,

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR