İnsanlara hürriyət, millətlərə istiqlal!

Qaradağda polis əməkdaşları koronavirusa qarşı növbəti nəzarət-profilaktiki tədbirlər keçirib - Foto

652 26.08.2020 00:20 Ölkə A A

Bakının Qaradağ rayonunda polis əməkdaşları tərəfindən koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə ərazidə növbəti nəzarət-profilaktiki tədbirlər həyata keçirilib.

Bakı Şəhər Baş Polis İdarəsindən Musavat.com-a verilən məlumata görə, tədbir çərçivəsində ictimai nəqliyyatda və qapalı yerlərdə maskadan istifadə etməyən şəxslərlə profilaktiki söhbət aparılıb, maskası olmayan şəxslərə tibbi maskalar paylanılıb.

Rayonda nəzarət-profilaktiki tədbirlər çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq profilaktiki tədbirlər davam etdirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR