İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qarabağdakı mülki ermənilərə məhz silahlı erməni dəstələrindən təhlükə var”- deputat Aydın Hüseynov

862 10.10.2021 14:58 Siyasət A A

"Nə qədər ki, Qarabağda erməni silahlı birləşmələri, erməni silahlı dəstələri qalır orada yaşayan mülki erməni sakinlər özlərini məhz həmin silahlı dəstələrdən və birləşmələrdən qorumalıdır. Çünki Qarabağda yaşayan az sayda erməni əhalinin, mülki ermənilərin həyatına təhlükə məhz Qarabağdakı erməni silahlı qruplarından, silahlı Ermənistan vətəndaşlarından gəlir".

Bu barədə Azərbaycan Milli Məclisinin deputatı Aydın Hüseynov Musavat.com-a açıqlamasında bildirib.

Aydın Hüseynov qeyd edib ki, Ermənistanın guya Azərbaycan ordusunun Ağdarə istiqamətində atəş açdığı və mülki erməni sürücünü öldürdüyü, Arazdəyən istiqamətində isə atəş açaraq erməni hərbçini yaraladığı barədə yaydığı məlumat tamamilə yalan və təxribat xarakterlidir. Artıq Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın yaydığı bu yalan məlumatlara münasibətini bildirib və rəsmən bəyan edib ki, erməni tərəfi tamamilə yalan xəbər yayıb:

“Mən isə Azərbaycan Milli Məclisinin üzvü olaraq bildirirəm və 1988-ci ilin Sumqayıt hadisələrini xatıraldıram. Ermənilər özləri Sumqayıtda erməni sakinlərə qarşı təxribat terror aktlarını təşkil edib həyata keçirmişdilər. Sonra da bu cinayəti azərbaycanlıların üzərinə atmışdılar. Bütün bunlar Sumqayıt hadisələri ilə bağlı açılan cinayət işinin istintaqı zamanı faktlarla sübut edildi ki, həmin cinayəti məhz ermənilər özləri təşkil ediblər və reallaşdırıblar. Bu hadisələri yada salmaqda məqsədim odur ki, ermənilərin Azərbaycana qarşı öz çirkin təxribat planlarını, siyasətlərini həyata keçirmək üçün məhz mülki erməniləri qurban vermək, qətlə yetirmək təcrübələri var. Mən sadəcə bu təcrübələrdən birini dilə gətirdim. Buna bənzər çoxlu sayda faktlar var. İndi də əlacı hər yerdən üzülən Ermənistan, xüsusilə də Qarabağdakı Araik Arutyunyanın cinayətkar qruplaşması mülki erməninin qətlini təşkili edib Azərbaycanın üstünə atırlar. Bu hadisə əslində bir daha onu göstərir ki, Qarabağdakı mülki erməni sakinlərin həyatına məhz erməni silahlı dəstələri tərəfindən hər an təhlükə var. Bundan sonra da istədikləri vaxt hansısa mülki ermənini öldürə bilərlər. Odur ki, mülki erməni əhali ayıq-sayıq olsun, özlərini öz millətlərinin əli silahlı dəstəsindən, hərbi birləşmələrindən qorusunlar”.

Deputat vurğulayıb ki, ona görə də yaxşı olar Qarabağdakı erməni əhali yaşadıqları ərazilərdən silahlı ermənilərin çıxarılması, tərksilah olunması tələbini həm Ermənistan hökuməti, həm də Rusiya sülhməramlıları qarşısında qaldırsınlar. Rəsmi Bakıya da Qarabağdakı Azərbaycan vətəndaşı olan mülki ermənilər həmin silahlı erməni birləşmələrinin tərksilah edilməsi üçün müraciət edə bilərlər.

Etibar Seyidağa,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR