İnsanlara hürriyət, millətlərə istiqlal!

QARABAĞDA ÖLƏN ERMƏNİ ƏSGƏRLƏRİNİN YAXINLARI YENƏ AKSİYA KEÇİRİB

2070 25.02.2012 09:27 KİVDF layihələri A A
“Onlar da orduya göndərdikləri övladlarının cəsədlərini almaq istəmirlərsə bizə qoşulmalıdır” deyə o bildirib. Xəbərə görə, İrəvanda hökumət binasının və Müdafiə Nazirliyinin qarşısında da piketlər olub. Ermənistan odusundakı ölümlərlə bağlı bu ölkə ictimaiyyəti və əsgər valideyinləri neçə vaxtdır bu cür aksiyalar təşkil edir. Müdafiə naziri Seyran Ohanyan aksiya iştirakçılarını arxayın etməyə çalışır ki, ölümlərin səbəbləri araşdırılacaq və günahkarlar cəzalanacaq.
Bu arada düşmən ordusunun daha iki hərbçisini itirdiyi məlum olub. Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə Azərbaycanla sərhəd Tavuş vilayətində, qoşunların təmas xəttində erməni əsgəri Albert Adıbekyan snayper atəşi ilə vurulub. Düşmən tərəf insidentə görə Azərbaycan ordusunun snayperlərini günahlandırır, Müdafiə Nazirliyinin rəsmisi David Karapetyan bildirib ki, qarşı tərəf bu hərəkətə görə “adekvat cavab” alacaq. Qeyd edək ki, əsgər ölümünü bəhanə edən Ermənistan müğənniləri Bakıda keçiriləcək Eurovision mahnı yarışmasını boykot edəcəklərini açıqlaylblar. Erməni KİV-lərinin xəbərinə görə digər əsgər isə Qarabağa gedərkən yolda avtomobil qəzasına düşərək həlak olub. Əsgər  Ermənistanın Sünik bölgəsi (Göyçə mahalı.-red) istiqamətindən Kəlbəcərdə yerləşən hərbi hissəyə məzuniyyətdən qayıdırmış. Onun getdiyi avtmobil Qarabağ ermənisinin idarə etdiyi maşınla toqquşub və 60 metr hündürlükdən uçuruma yuvarlanıb. Bununla da ilin əvvəlində Ermənistan ordusundakı döyüş və qeyri-döyüş itkilərinin sayı 8-ə çatıb.
Ermənistan hökuməti isə bu ilin mayında keçiriləcək parlament seçkilərindən sonra ordunun kütləvi etirazların yatırılmasında tətbiqinə imkan yaradan qanunvericilik təşəbbüsünü parlamentdən geri çəkib. Bu düzəliş fövqəladə hallar haqda qanuna nəzərdə tutulurdu. Ədliyyə Nazirliyi bildirir ki, düzəlişin geri çəkilməsinə səbəb ordunun fövqəladə vəziyyətlərdə ölkə daxilində tətbiqinin müxanizmlərinə dair bəzi dəqiqləşmələrin aparılması zərurətidir. Ədliyyə nazirinin dediyinə görə, ordunun nümayişlərin dağıdılmasında iştirakı yox, təbii fəlakətlərin və digər fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılmasında tətbiqi nəzərdə tutulur. Lakin mətbuat yazır ki, Serj Sərkisyan seçkilərdən sonra ölkədə kütləvi xalq etirazlarının başlayacağından qorxaraq ona sadiq olan müdafiə naziri və generallar vasitəsilə ordunu xalqa qarşı tətbiq etməyə hazırlaşır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR