İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağda məhv edilən terrorçularla ilə bağlı SENSASİON AÇIQLAMA

1975 29.06.2023 17:07 Gündəm A A

Deputat Sahib Alıyev sosial şəbəkədəki səhifəsində ilginc paylaşım edib.

Musavat.com bildirir ki, deputat iki gün əvvəl ordumuzun cavab zərbələri ilə məhv edilən terrorçuların sayının daha çox, üstəlik, başqa ölkələrin vətəndaşları olduğuna diqqət çəkib. “Qarabağda məhv edilən 5 hay terrorçusundan ikisinin xocavəndli olduğu bildirilir. Bəs yerdə qalan üçü, nədən onların kimlikləri açıqlanmır? Bu, bir daha göstərir ki, Ermənistan ordusunun de-fakto terrorçu funksiyası yerinə yetirən tör-töküntüləri hələ də Qarabağdadır” - S.Alıyev bildirib.

Sahib Alıyev: “Qərbi Azərbaycana qayıdacağıq” – Polisə.az

 Sahib Alıyev

Deputat xatırladıb ki, Ermənistanın məhv edilənlərinin sayını 5 deyil də, 4 nəfər ğöstərməsi də diqqətçəkicidir. “Mümkündür ki, öldürülən terrorçulardan biri heç Ermənistan vətəndaşı da deyil, Yaxın Şərqdən gətirilən muzdlulardan, yaxud da haylara dəstək verən bəzi dövlətlərin Qarabağa göndərdiyi təlimatçılardandır. Belələri zərərsizləşdirildikdə haylar adətən onları itkilərinin sırasında göstərmirlər” - deputat ardınca əlavə edib.

Qeyd edək ki, erməni mediası məhv edilən terrorçulardan 4-ünün adlarını, hətta fotolarını yaysa da, digərləri barədə susur. Üstəlik, Ermənistan tərəf öldürülən silahlıların sayının daha çox olduğu barədə ermənilərin özlərinin yaydığı məlumatları israrla təkzib edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR