Qarabağda sayı getdikcə artan erməni silahlı quldurlarını necə zərərsizləşdiməli – Azərbaycana yeni təhdid.
Qarabağda separatçı-terrorçular yeni müharibəyə hazırlaşır. Baş separatçı Araik Arutyunyanının bununla bağlı “proqram” xarakterli çıxışından belə qənaət hasil olur. Separatçıbaşı deyib ki, “silahlar haqqında qanuna dəyişikliklərlə silah əldə etmək əhalinin imkanları genişləndiriləcək”. Bununla bağlı qondarma “qanun layihəsi” də hazırlanıb. Əsas hədəf əlbəttə ki, bütövlükdə oradakı əhalini qanunsuz şəkildə silahlandırmaq, anklavın Azərbaycanın yurisdiksiyasına qayıdışını daha da əngəlləməkdir.
Göründüyü kimi, kapitulyasiya aktından 1 il ötsə də Qarabağda gizlənən erməni quldur dəstələri tərksilah edilmək əvəzinə, sayları daha da artıb. Təbii ki, Rusiya sülhməramləlarının ən azından göz yumması nəticəsində. Tutaq ki, onlar Laçın dəhlizindən keçirilən silah-sursatı görmürlər, bəs 2 gün öncə Xankəndində olan Ermənistan müdafiə naziri Arşak Karapetyanı necə, onu da görmədilər, tanımadılar? Bu Ermənistanın hansısa maliyyə naziri, XİN başçısı-zad deyil, müdafiə naziridir. Onun Qarabağda nə ölümü? Demək, hərbi xarakterli məqsədlər olub.
Beləcə, Azərbaycanın xoş məram göstərib razılıq və icazə verdiyi Laçın dəhlizindən ermənilər revanşist planlar qurmaq və separatizmi qızışdırmaq üçün, sui-istifadə edirlər. Bu təhdidlər fonunda Bakının önləyici tədbirləri nə(lər) olmalıdır? Bu tədbirlər Rusiya sülhməramlı kontingenti ilə razılaşdırılmalıdırmı, yoxsa antiterror əməliyyatı qəfil və lokal şəkildə aparılmalıdır?
Deputat Zahid Oruc gələn ilin büdcəsində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərə, o cümlədən Xankəndi və Xocalıya maliyyə vəsaitinin ayrılmasının vacibliyini bildirib: “Xankəndiyə qaz niyə Ermənistandan gəlməlidir? Biz orada yaşayan erməni əhalinin Azərbaycan cəmiyyətinə inteqrasiyası üzərində işləyirik. Belə olan təqdirdə həmin ərazilər üçün də maliyyə ayrılmasına ehtiyac var”.
Maliyyə ayırdıq, bəs onun xərclənməsinə nəzarət mexanizmi?
Sərhədin delimitasiyası və sülh razılaşmasına hazırlıq haqda sazişlərin imzalanması məqsədilə noyabrın 9-da Rusiya, Azərbaycan və Ermənistan dövlət başçılarının görüşü planlaşdırılmışdı. Amma son anda görüş baş tutmayıb və Paşinyan etiraf edib ki görüşün baş tutmasını o pozub. O, hökumətin iclasında Zəngəzur dəhlizi haqda da danışıb.
Bir yandan da xəbərlər yayılır ki, Qarabağda separatçı-terrorçular yeni müharibəyə hazırlaşır. Baş separatçı Araik Arutyunyanının bununla bağlı “proqram” xarakterli çıxışından belə qənaət hasil olur.
Azərbaycan yaranmış vəziyyətlə bağlı hansı mövqeni tutacaq? Ermənilərin – istər İrəvanın, istər Stepanakertin – bu davakar və müharibə anonsuna bərabər davranışlarına necə cavab veriləcək? Rusiyanın və prezident Putinin Paşinyanın onun təşkil etmək istədiyi toplantını pozmasına dözümlü yanaşaqmı?
Xocalıda yeni pravoslav kilsə, yeni büstlər, heykəllər – ermənilərin və Kremlin yeni oyunu?
Dağlıq Qarabağda Xankəndi yaxınlığındakı rus hərbi şəhərciyi ərazisində ilk pravoslav kilsəsi açılıb. Təntənəli açılış mərasimində Cənub hərbi dairəsi qoşunlarının komandanı Rüstəm Muradov və Dağlıq Qarabağda Rusiya sülhməramlı kontingentinin komandanı Gennadi Anaşkin iştirak ediblər.
Kilsənin harada yerləşdiyi açıqlanmasa da bir müddət əvvəl Xocalı aerodromu yaxınlığındakı ərazidə kilsə tikildiyi barədə məlumat yayılmışdı. Bu kilsənin kimin tabeliyində olacağı - Bakı Yeparxiyasının tabeliyində olub-olmayacağı da aydın deyil. Onun tikintisinə kimin icazə verdiyi və rəsmi Bakının bu tikintiyə razılıq verib-vermədiyi barədə də məlumat yoxdur. Rəsmi Bakı buna nə zaman cavab verəcək?
Bu və gündəmdəki digər mövzuları Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu ilə müzakirə etdik.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/NewMusavat
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TVmusavat
Musavat.com






