İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağda iki saatlıq gizli iclas: Araik həqiqətləri dedi – İlham İsmayılla CANLIda

1103 30.06.2023 13:34 Son xəbər A A

Xankəndidəki separatçıların başçısı Araik Arutyunyan oyuncaq “parlamentin” “deputatları” ilə qapalı görüş keçirib. Bu barədə “Joxovurd” nəşri yazıb. İki saat davam edən görüşdə Araikin xüsusən ümidsiz göründüyü qeyd edilir. Belə ki, onun gələcəklə bağlı fikirləri qeyri-müəyyən və perspektivsiz olub.

A.Arutyunyan bildirib ki, onlardan asılı olan heç nə yoxdur, mübarizə aparmalıdırlar, ancaq həll yolu açarı onların əlində deyil. Həmçinin iclas zamanı bəlli olub ki, separatçılara Ermənistan-Azərbaycan danışıqlarının cari vəziyyəti barədə də İrəvandan heç bir məlumat ötürülmür.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində təhlükəsizlik eksperti İlham İsmayılla müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR