İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağda əməliyyat hara qədər davam edəcək? Təhlükəsizlik eksperti açıqlayır CANLI

1256 04.08.2022 14:51 Gündəm A A

Ermənistan qanunsuz silahlı birləşmələri Qarabağ ərazisindən çıxarmayacaqsa, təxribatla məşğul olacaqsa, onların cavabı veriləcək. Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov açıqlayıb. Hakim partiyadan deputat Hikmət Babaoğlu isə bildirib ki, qarşımızda dəqiq məqsəd və vəzifələr var. Onlardan biri də münaqişəyə qədər Xankəndində, Xocalıda, Ağdərədə, Əskəranda və digər ərazilərdə yaşayan azərbaycanlıların öz evlərinə qayıtmasıdır.

Qırxqız yüksəkliyi, Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər hərbçilərimiz tərəfindən nəzarətə götürülüb. Hazırda bütün istiqamətlərdə Azərbaycan hərbçiləri əməliyyat şəraitinə nəzarət edir. Bəs, “Qisas” hara qədər irəliləyə bilər?

TVMusavat-ın saat 15:00-da canlı efirində “Həftə içi”nin qonağı təhlükəsizlik eksperti, sabiq MTN polkovniki İlham İsmayıl baş verən əməliyyatı şərh edir.

Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR