İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağa terrorçu köçü – torpaqlarımız işğalçılar kimi onlara da məzar olacaq!

2321 18.09.2020 21:22 Yazarlar A A

Bütöv bir ölkənin siyasi intiharı fərqli cür görünə bilər. Ermənistan timsalında bu - RKK ilə əməkdaşlığın növbəti dəfə intensivləşməsidir. Minval.az-ın artıq xəbər verdiyi kimi, ASALA terrorçularının Livandan işğal altındakı Dağlıq Qarabağa köçürülməsi ilə yanaşı, terrorçu PKK-nın üzdəniraq “xüsusi təyinatlı qüvvələri” də Qarabağa yerləşdirilməkdədir. 

Bundan əlavə, məlumatlar var ki, Ermənistanın İraqdakı səfiri Qraçya Poladyanın vasitəçiliyi ilə RKK yaraqlılarının Süleymaniyyə-Seyran Band-Kirmanşah-Qarabağ marşrutu üzrə tranziti təşkil edilib. Beləcə, işğal altındakı Azərbaycan torpaqlarına artıq bir neçə min silahlı atılıb.
Ermənistanda, əlbəttə ki, terrorçularla bağlı möhtəşəm planlar qurulur. Hələ 2018-ci ilin fevralında Rusiyadakı tok-şouların daimi personası Semyon Baqdasarov İrəvan bonzlarına RKK ilə yaxından əlaqəli olan kürd “peşmərgə”nin “döyüş təcrübəsi”ndən yararlanmağı tövsiyə edirdi. Bəzi müəmmalı “kürdlər”, daha doğrusu, RKK yaraqlıları Ermənistanda daha sonra - 2019-cu ildə, türk “təmizləmələrindən” gizlənərkən göründülər. Bu gün Türkiyənin silahlı qüvvələri yenidən PKK-ya qarşı əməliyyatlar aparır. Odur ki, yaraqlıların Ermənistan ərazisində özlərinə sığınacaq axtarmasının əsl vaxtıdır.

Onların bu ərazilərə necə getdikləri ilə maraqlanmaq pis olmaz. Artıq neçənci dəfə xatırlatmalı oluruq ki, Ermənistanın sərhədlərini Rusiya qoruyur. Bu xüsusda İrəvanın planlarında terrorçular üçün çətin ki, yalnız xoş piknik gəzintisi və kabab nəzərdə tutulsun. Onlardan əlbəttə ki, birbaşa anlamda istifadə niyyəti güdülür. Terrordan yararlanmaq, döyüş meydanında uduzmaq və revanş şansının olmaması – bu, sırf “janr klassikası”dır. Xüsusən də yada salsaq ki, RKK funksionerləri hələ 1990-cı illərin ortalarında Azərbaycanı onun neft infrastrukturuna qarşı terror hazırlamaqla bağlı təhdid edirdilər. İşğal olunmuş torpaqlar isə heç bir qanunun, müqavilə və beynəlxalq zəmanətin qüvvədə olmadığı klassik “qara dəlik”dir.

Bütün çapdan olan terrorçuların bazalarının və düşərgələrinin yerləşdirilməsi – işin özüdür ki, var. Nəhayət, o da bəlli ki, İrəvanın “Kürd ümidləri” yalnız “Qarabağ cəbhəsi” ilə və hətta heç, pardon, Türkiyəyə mümkün qədər əl altdan “pislik eləmək” cəhdləri ilə də məhdudlaşmır. Söhbət həm də Yaxın Şərqdə sərhədləri yenidən çəkmək planlarından gedir - nəyə ki, Sayks-Piko razılaşmasının yüzilliyi ilə əlaqədar Ermənistanda açıq şəkildə eyham vururdular. İndi isə eyhamlardan açıq-aşkar işə keçiblər.

Artıq yaraqlılar Ermənistandan Suriyaya atılır, burada RKK-PYD/YPG-nin yerli “qolları”na qoşulurlar. Elə İraq Kürdüstanının paytaxtı Ərbildə də Qraçya Poladyan təkcə silahlıları cəlb etməklə məşğul deyil, eyni zamanda, burada Ermənistan konsulluğunun açılması planlaşdırılır.

Əgər kimsə unutmuşsa, bunu da yada salaq: 2017-ci ilin payızında İraq Kürdüstanının liderləri separatçı bölgədə üsyan qaldırmış və zəngin neft yataqları olan türkmən torpaqlarının mühüm bir hissəsini ələ keçirmək ümidi ilə “Kürdüstanın müstəqilliyi üçün referendum” təşkil etmişdilər. Amma hər şey qulaqları batıran iflasla sona çatdı: rəsmi Bağdad bir sıra dilə tutmaların ardınca qoşunlarını şimala doğru hərəkətə keçirdi, ABŞ ona bu yaxınlaradək müttəfiq olanlara dəstəyini dərhal kəsdi, “peşmərgə” döyüş dəstələri təəccüblü bir şəkildə sürətlə param-parça oldu. Di gəl, bu planlar Ərbildə unudulubmu? Sual ən azından birmənalı deyil...

Qarabağdan sonra erməni strukturları tez-tez separatçı siyasi texnologiyaların donoru kimi çıxış edir. Abxaziyada Gürcüstanın qanuni hakimiyyətlərinə qarşı vuruşmuş “Bağramyan batalyonu”nu, yaxud Krım parlamentinin vitse-spikerini, hələ 90-cı illərdə Simferopoldan qaçan, yalnız yarımada Rusiyaya ilhaq edilmək ərəfəsində Krıma dönən Anuşavan Danelyanı xatırlamaq kifayətdir. İndi bütün bunların üstünə haqqında erməni dairələrində permanent şəkildə söz açılan Yaxın Şərqdə “xristian muxtariyyəti” qurmaq planlarını da əlavə edin. Ciddi desək, onun tərkibinə yalnız etnik erməniləri deyil, həmçinin assuriyalıları, xristian ərəbləri, aramlıları və s. daxil etmək planlaşdırılır. Lakin İrəvanın sevimlilərinə orada əsas rolun ayrıldığı şəkk-şübhəsizdir. Eləcə də həmin o “xristian muxtariyyətinə” neft qaynaqları olan rayonların daxil edilməsinin planlaşdırıldığına şübhə yoxdur. O ayrı məsələ ki, Yerevanda bu barədə ucadan danışmağa tələsmirlər.

Fəqət bir ış var ki, Ermənistanda Cənubi Qafqaz və Yaxın Şərqdə sərhədlərin yenidən çəkilməsi xəyallarına qapılanlar reallıqdan çox-çox uzaqlaşıblar. Və unudublar ki, bölgə ölkələri, ilk növbədə də Azərbaycan Qarabağın terrorçular üçün cani yuvasına çevrilməsinin hamı üçün hansı təhlükəni özündə ehtiva etdiyini əla bilir. Ancaq Azərbaycanın işğal altındakı torpaqlarına kimlərin – ASALA-çıların, PKK terrorçularının, yaxud erməni kəşfiyyatçısı və diversantı Vova Vartanovun əməkdaşlıq etməyi tövsiyə etdiyi İŞİD yaraqlılarının və ya erməni pasportları ilə dünyanı dolaşan “Əl-Qaidə”çıların köçürülməsindən asılı olmayaraq, belə qanunsuz fəaliyyətlər yalnız Azərbaycana işğal olunmuş torpaqlarda antiterror “təmizlənməsi” əməliyyatı aparıb quldur yuvalarını ləğv eləmək üçün əlavə əsaslar verir.

İndi isə bir qədər “hərbi konkretika” barədə. 2016-cı ilin aprelində Ermənistanın darmadağnından sonra, Qızılqaya-Günnüt əməliyyatı nəticəsində Ermənistanın başına gətirilən logistik fəlakətdən sonra - nə vaxt ki, uğurlu əməliyyatlar nəticəsində Azərbaycan strateji əhəmiyyətli ərazilər və yollar üzərində nəzarəti bərpa edə bilmişdi, nəhayət, Tovuzdakı döyüşlərdən sonra – nə vaxt ki, erməni ordusu boru kəmərlərini əngəlləmək, Yevlaxa və Mingəçevirə “çıxmaq” və ümumiyyətlə “Bakıda çay içmək” xəyallarına düşmüş, lakin darmadağın olaraq döyüş meydanından qaçmışdı, artıq heç bir şübhə qalmır ki, hərbi-güc üstünlüyü Azərbaycanın tərəfindədir. Bu gün hətta erməni təbliğatçıları da fantastik “döyüş qabiliyyətli ordu” barədə sərsəmləmələri təkrarlamağa cürət etmirlər...

Qarabağda antiterror “təmizlənməsi” həyata keçirmək üçün Azərbaycan Silahlı Qüvvələrinin kifayət qədər gücü, resursu və peşəkarlığı var. Ordumuz dünyanın ən güclü 50 ordusundan biridir, ən müasir zenit sistemləri strateji obyektlərimizi mühafizə edir, Rusiyada, Belarusda, İsraildə, Türkiyədə istehsal olunan müasir silahlarla (“Polonez”lər, LORA-lar, “Buk”lar, qatil dronlar və s.) təchiz olunub, sovet dövründən qalan silahlar isə modernləşdirilib.

Son illər ölkəmiz strateji mövqeyini gücləndirib. Nəticədə hərbi logistikada vəziyyət kökündən dəyişib: Qarabağdakı işğalçı ordu üçün əsas təchizat yolları hazırda ordumuzun atəş nəzarəti altındadır və “X gün”ü asanlıqla kəsilə bilər. Bundan əlavə, Azərbaycanın həm təmas xəttinin bilavasitə yaxınlığında, həm də mövqelərin möhkəmləndirildiyi, yolların çəkildiyi, infrastrukturun qurulduğu yaxın “arxa cəbhədə” apardığı mühəndislik işlərini xatırlatmağa dəyər. Hansı işlərə ki, Ermənistanda çox əsəbi reaksiyalar verirlər və yaxşı bilirlər ki, bütün bunlar qüvvələr balansını necə dəyişir və ilk zərbədəcə necə işə düşəcək.

Bizim hərbçilərimiz bu müqəddəs missiyanı yerinə yetirmək üçün gündəlik məşqlərdə və təlimlərdə öz peşəkarlıqlarını və döyüş hazırlıqlarını daim artırırlar. Türkiyə ilə birlikdə həyata keçirilmiş misilsiz sayda hərbi təlimləri yada salmaq yetər. Odur ki, bütün çapdan olan yaraqlılar öz “təhlükəsizlikləri” və “etibarlı sığınacaqlar” barədə illüziyalar qurmasalar yaxşı olar...

P.S. Yazının rusca orijinalını bu linkdən oxuya bilərsiniz.

https://minval.az/news/124032022

 

Nurani, siyasi icmalçı,
Minval.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR