QARABAĞA DAİR QƏTNAMƏ LAYİHƏSİ NATO PA-nın SESSİYASININ GÜNDƏLİYİNDƏN ÇIXARILIB
Dağlıq Qarabağ münaqişəsinə dair qətnamə layihəsi NATO Parlament Assambleyasının Varşavada keçiriləcək sessiyasının gündəliyindən çıxarılıb.
APA-nın NATO PA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, sessiyanın noyabrın 4-də yenilənmiş proqramında kanadalı məruzəçi Raynell Andreyçuk tərəfindən hazırlanmış qətnamə layihəsi və ona əlavələr yer almayıb. Assambleyanın oktyabrın 26-da açıqlanmış ilk proqramında qətnamənin noyabrın 13-dən 16-dək davam edəcək sessiyanın ikinci iş günü - yəni noyabrın 14-də Siyasi Komitədə müzakirəyə çıxarılacağı göstərilmişdi.
Azərbaycan Milli Məclisinin NATO PA-dakı nümayəndə heyətinin üzvləri noyabrın 7-də keçiriləcək seçkilərə hazırlaşdığından qətnamənin hansı səbəbdən proqramdan çıxarılmasının səbəblərini öyrənmək mümkün olmayıb.
Ermənistanın NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Karen Avakyan “RİA Novosti” agentliyinə açıqlamasında layihənin assambleyanın gündəliyindən çıxarıldığını təsdiqləyib. O bildirib ki, münaqişənin həllinə dair danışıqlar ATƏT-in Minsk Qrupu formatında aparılır, ona görə də Ermənistan sessiyada Qarabağ probleminin müzakirəsinin təxirə salınması üçün NATO-ya müraciət edib.