İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qarabağ" - "Viktoriya" matçına cəmi 224 bilet qalıb

688 17.08.2022 01:33 İdman A A

Bakıda "Qarabağ" və Çexiyanın "Viktoriya" (Plzen) komandası arasında keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu üçün satışa çıxarılmış biletlər tükənmək üzrədir.

"Report"un məlumatına görə, bu barədə "köhlən atlar"ın rəsmi saytı xəbər yayıb. Bildirilib ki, qarşılaşma üçün cəmi 224 bilet qalıb.

Qeyd edək ki, avqustun 17-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq "Qarabağ" - "Viktoriya" görüşü saat 20:45-də başlayacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR