İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağ veteranı xəstə qızının müalicəsi üçün kömək istəyir - FOTOLAR

1345 14.09.2018 15:34 Sosial A A

Qarabağ veteranı Asif Əsədov redaksiyamıza müraciət edərək, yeniyetmə qızı üçün kömək istəyib.

A.Əsədov bildirib ki, 14 yaşlı qızında anadangəlmə kəskin böyümə hormon çatışmamazlığı, seliakiya xəstəliyi var. Belə ki, xəstəlik üzündən yeniyetmə qız boy qısalığından əziyyət çəkir, yaşıdlarından geri qalır: “14 yaşlı yeniyetmə qızım bu gün fiziki göstəricilərinə görə 7 yaşlı kiçik uşağın göstəricilərinə malikdir və inkşaf etmir. Uzun illər qızımın xəstəliyi ilə bağlı düzgün olmayan diaqnozlar və müalicələr onun sağlamlığını daha da zədələyib. Xəstəlik ucbatından həmçinin qızımın digər orqanizmləri də inkişafdan qalır və bu onun üçün gələcəkdə ciddi fəsadlar yarada bilər. Həkimlər hipovizar nanizim əlaqədar analizlərin dərinləşdirilməsi və böyümə hormonu müalicəsi təklif etdilər. Buna əsasən boy hormonunun inkşafı üçün 17 yaşına çatana qədər qızıma mütəmadi iynə vurulmamlıdır.

Qeyd edim ki , bu iynələr ifrat dərəcədə bahalı və bir müharibə veteranının məvacibi ilə öhdəsindən gəlinəcək bir məbləğ deyil . Hipovizar nanizim xəstəliyinin müalicəsi erkən dövrlərdə başlamalı və yeniyetməlik dövrünə qədər davam etməlidir. Təəssüf ki, biz artıq 13 ili geridə qoymuşuq və mənim qızımın normal inkişaf etməsi üçün ancaq 3 il zaman mövcuddur. Əks halda bu tip xəstələrin orqanizmləri məhz uşaq göstəricilərində qalır və onlar gənc yaşlarında dünyasını dəyişirlər.

Xeyirxah və imkanlı şəxslərdən xahiş edirəm, qızımın müalicəsi üçün bizə dəstək olsunlar”.

Yeniyetmə qızın həyatını qurtarmaq üçün yardım etmək istəyənlər aşağıdakı telefon nömrəsinə zəng edə bilərlər:

0552289068

Xalidə Gəray,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR