İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qarabağ" və "Sevilya"ya məğlub oldu - 0:3

1587 19.09.2019 22:46 İdman A A

"Qarabağ" - "Sevilya" (İspaniya) matçında üçüncü qol vurulub.

Musavat.com xəbər verir ki, qolu Franko Vazkesin ötürməsi ilə yarımmüdafiəçi Oliver Torres vurub. 

Qarşılaşma bu hesabla da, başa çatıb. 

****

UEFA Avropa Liqasında qrup mərhələsinin I turunda keçirilən "Qarabağ" - "Sevilya" (İspaniya) matçında ikinci qol vurulub.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada qonaq komanda fərqi daha da artırıb. Rəqibin heyətində Munir 78-ci dəqiqədə qapıçı Asmir Beqoviçlə təkbətəkdən qalib ayrılıb.

****

Musavat.com xəbər verir ki,  "Qarabağ" - "Sevilya" oyununda hesab açılıb. 

Oyunun 62-ci dəqiqəsində hücumçu Xavier Hernandez ilk qolu "Qarabağ"ın qapısından keçirib.  

****

UEFA Avropa Liqasında qrup mərhələsinin I turunda keçirilən "Qarabağ" - "Sevilya" (İspaniya) matçında birinci hissə başa çatıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmanın ilk yarısı qolsuz bərabərliklə yekunlaşıb.

****

"Qarabağ" və "Sevilya" (İspaniya) komandalarının UEFA Avropa Liqasında qrup mərhələsinin I tur oyunu üçün start heyətləri açıqlanıb.

"Report"un məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar:

"Qarabağ": 1. Asmir Beqoviç, 2. Qara Qarayev, 3. Ailton Silva, 5. Maksim Medvedev (k), 8. Miçel, 9. Xayme Romero, 17. Abdullah Zubir, 20. Riçard Almeyda, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov. 99. Maqaye Qeye

"Sevilya": 1. Tomaş Vatslik, 11. Munir, 12 Jyul Kunde, 14. Xavyer Ernandes, 15. Alexandro Pozo, 17. Nemanya Qudel, 18. Serxio Eskudero (k), 20. Dieqo Karlos , 21. Oliver Torres, 22, Franko Vaskes, 24. Joan Jordan

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:55-də başlayacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR