İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağ savaşı və rus mediası: tərəf tutan saytlar, hələlik neytral olanlar

6251 27.09.2020 13:38 Gündəm A A

Qarabağda hərbi əməliyyatların alovlanmasıyla bağlı xəbərlər və yazılar verən rus mediasının yaydığı xəbərlərə, xüsusilə də xəbərlərin başlıqlarına baxanda bir çox jurnalist rusların ürəyinin döyüşən tərəflərdən hansında olduğu açıq-aydın görünür. 

Onlar yazıların mətnində tərəflərin hər ikisinin mövqeyini versələr də, başlıqda və xəbərin şərh hissəsində Azərbaycanın haqsız mövqedə olduğunu göstərir, dolayısı ilə Ermənistana dəstək verirlər.

Məsələn, Rusiyanın ən məşhur saytlarından biri olan Lenta.ru-nun Qarabağda gedən savaş barədə başlığı bu cürdür: “Qarabağ Prezidenti hərbi vəziyyət elan etdi”.

Qondarma “DQR”-in tanınmaması bir yana, onun “prezidenti”nin vəzifəsinin adının böyük hərflə və dırnaq işarələri arasında olmadan yazılması saytı idarə edənlərin rəğbətlərinin hansı tərəfdə olduğunu göstərir.

Daha bir başlıq: “Azərbaycan tanklarının vurulması anı videolara düşdü”.

221.JPG (28 KB)

Müharibə gedir, hər iki tərəfin hərbi texnikası vurulur, amma nəyə görəsə videolara yalnız bizim tankların vurulması düşür.
“Moskovski komsomolets” qəzetinin saytının başlığı da bu türdəndir: “Ermənistanın Müdafiə Nazirliyi Azərbaycan tankının vurulmasının qorxunc videosunu yaydı”.

Onu da qeyd edək ki, Qarabağ savaşı barədə neytral mövqedən xəbər yayan saytlar da var.

İndi görək, bundan sonrakı mərhələdə yayılan xəbərlər, eləcə də rus politoloq və jurnalistlərin şərhləri nədən ibarət olacaq.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR