İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qarabağ" "Qəbələ"ni məğlub edərək, çempionluğa yaxınlaşıb

501 24.04.2022 23:15 İdman A A

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV tura start verilib.

"Report"un məlumatına görə, açılış oyununda "Qarabağ" Qəbələdə eyniadlı komandanın qonağı olub. Görüş "köhlən atlar"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Ağdam klubundan hər iki qolu İbrahima Vadji vurub. Seneqallı hücumçu 6-cı və 14-cü dəqiqələrdə fərqlənərək, bombardirlik yarışında ikinci pilləyə yüksəlib. Aktivində 10 qolu olan 27 yaşlı forvard "Sabah"ın yarımmüdafiəçisi Coy-Lens Mikelsdən cəmi 1 top geri qalır.

Bu qələbədən sonra xallarını 58-ə çatdıran "Qarabağ" liderliyini möhkəmlədib və çempionluğa bir az da yaxınlaşıb. Bölgə təmsilçisinin ən yaxın izləyicisi "Neftçi" bu gün "Səbail"lə səfər matçında xal itirsə, Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv sona 4 tur qalmış qızıl medalları təmin edəcək. "Qəbələ" isə 35 xalla hələlik 4-cü pillədə yer alıb.

Qeyd edək ki, turun digər oyununda "Sabah" "Şamaxı" ilə qarşılaşır. Tura eyni saatda start götürəcək "Səbail" - "Neftçi" və "Sumqayıt" - "Zirə" görüşləri ilə yekun vurulacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR