QARABAĞ QAZİSİ XARİCİ ÖLKƏLƏRDƏN SIĞINACAQ İSTƏYİR
Qarabağ qazisi 13 ildir müvəqqəti məskunlaşdığı evin darısqallığı səbəbindən orada ailəsilə yaşamağın çox çətin olduğunu bildirir. Yaşayış yerilə təmin olunmaq üçün aidiyyəti qurumlara çoxsaylı məktublar ünvanladığını yazan şikayətçi bunun heç bir faydası olmamasından gileylidir: “4 ailə üzvümlə 9 kvadratmetrlik yerdə yaşayıram. İndiyədək 16 dəfə mətbuat konfransı keçirmişəm ki, dövlət tərəfindən müharibə əlillərinə verilmiş olan imtiyazlar mənə də şamil edilsin. Lakin çox təəssüf ki, mənim təmənnasız olaraq imtiyazlarımdan istifadə hüququm yoxdur. Məsələn, əlillər üçün nəzərdə tutulmuş evlə təmin olunmağım üçün 22 min dəfə rayon icra hakimiyyətlərindən tutmuş Prezident Aparatına kimi 117 səlahiyyətli orqana müraciət etmişəm və səlahiyyətlilərin qəbulunda olmuşam. Mənə yalnız quru vəd verilib”.
Qarabağ qazisi daha sonra yazır: “Məndə olan məlumata görə, məcburi köçkünlərin Bakı şəhərinə daimi qeydiyyata götürülməsi 6 min manata başa gəlir, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə mənzil verilməsi üçün isə 16 mindən 21 minədək rüşvət tələb olunur. Mehdiabad bələdiyyəsinin sədri Natiq Dünyamalıyev əlillər üçün nəzərdə tutulmuş yerdən 6 sot torpaq sahəsi vermək üçün hələ 2004-cü ildə məndən 12 min dollar rüşvət istədi. Əlillər üçün nəzərdə tutulmuş ”OKA" markalı avtomobili almaq üçün isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Əli Axundov (aldığımız məlumata görə, hazırda Nazirlər Kabinetində işləyir - N.) məndən həmin illərdə 600 manat pul istədi. Mənzil vermək üçün o da məndən 12 min dollar “şirinlik” dilədi".
Şikayətçi Azərbaycandakı səfirliklərə, digər beynəlxalq təşkilatlara xaricdə sığınacaq verilməsilə əlaqədar dəfələrlə müraciət etdiyini də yazır: “Amma nəticəsi olmayıb. Qubadlının icra başçısı Malik İsaqov guya ”qayğıma qalaraq" və digər səlahiyyətlilərin fikrini təsdiq edərək deyir ki, Prezident Aparatında şikayətlərə tanışlıqla baxırlar, orada sənin kimin var ki, şikayətinə baxsın? Mən qanunsuzluq və özbaşınalıqların qurbanına çevrilmişəm. Aidiyyəti qurumlardan xahiş edirəm ki, ya mənə yaşayış üçün mənzil və ya fərdi ev tikintisi üçün torpaq sahəsi verilsin, ya da Milli Bankdan uzunmüddətli kredit ayrılsın ki, məmurlara istədiyi rüşvəti verib yaşayış yeri ala bilim. Bu da mümkün deyilsə, xarici ölkələrdən birində ailəmlə birgə yaşamaq üçün sığınacaq istəyirəm".
Yazıda adı çəkilən şəxslərin də mövqeyini qəzetimizdə işıqlandırmağa hazırıq.