İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağ qazisi, Türk ordusunun sabiq zabiti Aslan İsmayılovun mafiya iddialarına cavab verdi

5194 05.09.2020 18:43 Ölkə A A

Xəbər verdiyimiz kimi son zamanlar sosial şəbəkədə müxtəlif şəxslərə qarşı həqiqəti əks etdirməyən məlumatlar yayıb, qarayaxma ilə çıxış edən hüquqşünas Aslan İsmayılov növbəti dəfə böhtan dolu status paylaşıb. Belə ki, o, iddia edib ki, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu İstanbulda mafiyaların toplantısındadır.

Sitat: “Ramiz Mehdiyev - Əli Həsənov cütlüyünün sıradan çıxdığını heç kim fikirləşməsin. Bunlar sona qədər müqavimət göstərəcəklər, çünki bu Xalqa, Dövlətə vurduqları ziyanın fərqindədirlər.

Bu günlər Əli Həsənovun, Qurban Məmmədovun, Rauf Arifoğlunun və bu mafiyanın digər üzvlərinin İstanbulda yığışması heç də təsadüfi deyil. Özü də bunu gizlətmirlər. Hələ bir çoxları özlərindən asılı olmayan səbəblərdən ora gedə bilməyiblər...”

Daha sonra Rauf Arifoğlu sosial şəbəkədə məsələ ilə bağlı yazdığı statusunda bildirib ki, Aslan İsmayılov o qədər qeyri-ciddi adamdır ki, artıq ona normal, ciddi cavab vermək də doğru deyil, ayıb sayılır.

"Biz dünən Azərbaycan xalqının seçdiyi Elçibəyə necə hörmət edib, sayğı duyurduqsa, İlham Əliyevə də eyni sayğını duyuruq"


O, son günlər görüşdüyü “ülküçü babalar” adlandırdığı dostları ilə birlikdə fotosunu da paylaşıb.

Aslan İsmayılovun yuxarıda qeyd etdiyimiz statusu bir çox şəxslər tərəfindən qınaqla qarşılanıb. İnsanlar onu qarayaxmalarına görə qınayıb, bilmədiyi məsələlər barəsində danışmamağa çağırıblar.

Eyni zamanda həm Türkiyədə, həm də Azərbaycanda bu statusdan hiddətlənərək İsmayılova cavab yazıb, Rauf Arifoğluna dəstək çıxan xeyli şəxslər də olub.

Onlar arasında Qarabağ qazisi olan Türk ordusunun sabiq zabiti Hamit İltaş da var. Hamit İltaş Qarabağ savaşı dönəmində azərbaycanlılarla birlikdə ermənilərə qarşı vuruşub, bir çox əməliyyatlarda iştirak edib, Azərbaycanın ilk könüllü batalyonunun qurulmasında iştirak edib, düşmənə çoxsaylı zərbələr vurub. O, eyni zamanda 1992-93-cü illərdə Rauf Arifoğlunun da qurulmasında yaxından iştirak etdiyi, türklərdən ibarət “Rüzgar kampı”nın komandiri olub.

"Əvvəllər mənim müxalif olduğum hazırkı iqtidara Rauf bəyin izahı, anlatması ilə dəstək olmağın lazım gəldiyini dərk etdik"


Hamit İltaş məsələ ilə bağlı Rauf Arifoğluna dəstək rəyində aşağıdakıları qeyd edib:

“Rauf bəy, Azərbaycana və oradakı qardaşlara dərin hörmətimdən ən çox xəbərdar olan dostlarımdan birisiniz. Mən azərbaycanlı qardaşlarımın bir məsələnin əslini tam öyrənmədən bu cür sözlər işlətmələrinə çox üzülürəm. Sizin bir jurnalist olduğunuz və ölkə hüdudlarından kənarda da çoxlu dostlarınızın varlığı hesab edirəm ki, bəzilərinə məlum deyil. Sizi köhnə dava dostlarınız olan cəbhəçilər dövlətin yanında olub, müxalifətə xəyanət etməkdə günahlandırdıqları kimi, bu qardaş da (Aslan İsmayılovu nəzərdə tutur -Red.) dövlətin yanında olmamaqla günahlandırır. Əslində isə sizin buradakı tək başına fəaliyyətiniz Azərbaycan dövləti üçün bir diasporanın edəcəyi qədərdir və düşünürəm ki, heç bunu da bəziləri bilmirlər.

Qeyd edilən görüşün burada yaşayan və Türkçülük uğrunda mübarizəyə ömürlərini vermiş ülküçü böyüklərin Azərbaycan dövlətinin hazırkı rəhbərlərinə, o cümlədən, Azərbaycan dövlətçiliyinə dəstək vermək üçün bir söhbət toplantısı olduğunu anlamırlar.

Əvvəllər mənim müxalif olduğum hazırkı iqtidara belə Rauf bəyin izahı, anlatması ilə yardımçı olmağın lazım gəldiyini dərk etdik.

Azərbaycanda rüşvətə, talana qarşı mübarizə başladan İlham Əliyevə dəstək vermək yaxınlaşan müharibə üçün Azərbaycan dövlətinə bütün siyasi hesablamaları bir kənara qoyub dəstək olmağın lazım gəldiyini çox yaxşı başa düşürük”.

Hamit İltaş daha sonra bildirib:

“Bu qardaşın (Aslan İsmayılov nəzərdə tutulur - red.) mafiya adlandırdığı ülküçü abilər Azərbaycan dövlətinə sonuna qədər dəstəkdir və Azərbaycanın daxili siyasətinə qarışmayıb, bunda maraqlı deyillər. Düşünürəm ki, onun bu kimi məsələlərdən də məlumatı yoxdur. Biz dünən Azərbaycan xalqının seçdiyi Elçibəyə necə hörmət edib, sayğı duyurduqsa, İlham Əliyevə də eyni sayğını duyuruq. Biz Azərbaycan xalqının iradəsinə də hörmət edir, sayğı duyuruq. Azərbaycanın dövlətçiliyinə sayğı duyuruq. İki dövlət, bir millət iradəsinə sayğı duyuruq. Bir an öncə azərbaycanlı qardaşların da bir-birilərinə hörmət etmələrini və birlikdə işğal edilmiş torpaqların alınmasını həsrətlə gözləyirik. Allaha əmanət olun. Allah köməyiniz olsun!”

Əfsanəvi döyüşçü, Türk ordusunun sabiq zabiti Hamit İltaşla bağlı bir neçə fotonu təqdim edirik. Fotoların bir çoxu 1992-ci ili, ordu quruculuğunda mayor Hamit İltaşın iştirakını əks etdirir.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR