İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağ qazisi mayın 28-də aksiya keçirəcək

374 23.05.2014 15:44 Son xəbər A A
Xəbər verildiyi kimi, 2 ci qrup Qarabağ əlili, Bərdə rayonunda məskunlaşmış məcburi köçkün Türbəndiyev İlham Yaqub oğlu aclıq aksiyasına hazırlaşır. İ.Türbəndiyev sosial vəziyyətinin ağır olmasından, evsizlikdən və bütün bunlarla bərabər məmur özbaşınalığından şikayətçidir.

Bu gün Qarabağ qazisi ilə yenidən əlaqə saxladıq. İ.Türbəndiyev anaxeber.az saytının əməkdaşı ilə söhbətində bildirib ki, aclıq aksiyasının keçirilməsində qərarlıdır: “Mənə başqa yol buraxmadılar. Uğrunda döyüşdüyüm, canımı qoyduğum vətəndə yaşamağa yer də tapmıram. Bu bir yana qalsın bu dövlətin rəsmilərinin mənə münasibəti, dövlətin ərazi bütövlüyünün qorunması uğrunda döyüşən bir şəxsdən rüşvət ummaları dəhşətdir. 28 may –məhz respublika günü prezident adminstrasiyasının qarşısında ölüm aclığına başlayacam. Ölkə rəhbərindən rüşvətxor və laqeyd məmurları cəzalandırmağı, mənim problemlərimin həll olunmağın istəyəcəm. Mən bu dövləti canımdan artıq sevirəm. Bu aksiyaya məni vadar edən həmin məmurlardır”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR