İnsanlara hürriyət, millətlərə istiqlal!

QARABAĞ QAZİSİ JURNALİSTLƏRİN ACLIQ AKSİYASINA QOŞULDU

1021 28.10.2010 09:20 Media A A
E.Fətullayev oktyabrın 19-dan Bakı İstintaq Təcridxanasında aclıq edir. Aksiyanın tələbi Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) onun barəsində aprelin 22-də çıxardığı və oktyabrın 4-də qüvvədə saxladığı qərarın icra olunmasıdır. O qərara görə, Fətullayev azadlığa buraxılmalı və ona 27822 avro təzminat ödənməlidir. Digər jurnalistlərin dəstək aksiyası oktyabrın 20-də başlayıb. İndiyədək aksiyada əvəzləmələrlə S.Kazımlı, köşə yazarı Seymur Baycan, Şahvələd Çobanoğlu, Qan Turalı, Elçin Həsənov, Rövşən Hacıbəyli və Emin Axundov iştirak edib.
Bu arada Avropada yaşayan siyasi mühacirlər və diaspor təşkilatlarının rəhbərləri müraciət qəbul edib. Müraciətdə bildirilir: “Son zamanlar ölkəmizdə baş verən proseslərdən ciddi şəkildə narahatıq. Hakimiyyətin göstərişi ilə həbsə atılmış Eynulla Fətullayevlə bağlı Avropa Məhkəməsinin qərarının icra olunmaması isə bizi daha da narahat edir. AİHM-in baş redaktorun dərhal azadlığa buraxılması ilə bağlı qərarın icra olunmamasına etiraz olaraq Fətullayevin müddətsiz aclığa başlaması xəbəri bizi təsirləndirib. Onun bütün müraciətlərə rəğmən aclığı sona qədər davam etdirmək də israrlı olması isə narahatlığımıza səbəb olub. Bu üzdən biz Fətullayevə müraciət edərək ondan aksiyanı dayandırmasını rica edirik”.
Müraciəti Fikrət Hüseynli, Yusif Abulov, Sabir Budaqov, Rəşad Sadıqov, Eldəniz Yusifov, Samit Məmmədli, Elnarə Milli, Teymur Eminbəyli, Cavid Əliyev, Sarvan Rizvanov, Əsəd Qasımov, Həbib Müntəzir, İlham Xəlilov imzalayıblar.
Oslodan (Norveç) polkovnik İsa Sadıqov isə müraciətə xüsusi qeydlə qoşulub. O, Fətullayevin sağlamlığının ciddi təhlükə qarşısında qalmasını nəzərə alaraq tanınmış ictimai şəxslərin aclıq aksiyasına başlamasının vacib olduğunu bildirir. İ.Sadıqov, Avropa Şurasının ofisi qarşısında AİHM-in qərarının yerinə yetirilməsi tələbi ilə azərbaycanlı siyasi mühacirlərin aclıq aksiyasına başlamasını təklif edib.
Baş redaktorun vəkili Elçin Sadıqov da dünən ona baş çəkib. Bizə açıqlamasında vəkil bildirdi ki, Fətullayevin səhhəti normaldır. Srağagün həkim onun daxili orqanlarını da müayinə edib. Vəkil dedi ki, artıq Fətullayevin işinə Ali Məhkəmədə baxılacağı tarix də müəyyənləşib. Vəkil “Trend” İnformasiya Agentliyinə istinadən dedi ki, noyabrın 11-də işə məhkəmədə baxılacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR