İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağ müharibəsində itkin düşmüş şəxslərin siyahısında dəqiqləşdirmə yekunlaşmaq üzrədir

781 12.05.2017 16:28 Ölkə A A

Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərə dair siyahıda dəqiqləşdirmə yekunlaşmaq üzrədir.

APA-nın xəbərinə görə, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yaydığı məlumatda qeyd edilib. Məlumata görə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşmüş şəxslərin axtarışı ilə bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının qarşısında müəyyən edilmiş vəzifələrin icrası məqsədi ilə itkin düşmüş şəxslərə dair siyahıda dəqiqləşdirilmə işi yekunlaşmaq üzrədir.

Qeyd olunanlarla əlaqədar, Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşmüş yaxınlarının qeydiyyatı ilə bağlı Dövlət Komissiyasına müraciət etməmiş vətəndaşlardan qısa müddətdə İşçi qrupuna məlumat vermələri xahiş olunur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR