İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qarabağ"la açıq oynayırsansa, bu qədər qol buraxmağa hazır olmalısan"

752 31.01.2024 20:50 İdman A A

Dünən Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində "Sabah" doğma meydanda "Qarabağ"la qarşılaşıb. Görüş Ağdam təmsilçisinin 7:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Tanınmış futbol mütəxəssisi Aslan Kərimovla əlaqə saxlayıb "bayquşlar"ın böyükhesablı məğlubiyyəti ilə bağlı fikirlərini öyrəndik.

Musavat.com bildirir ki, Kərimovun fanat.az-a açıqlaması belə oldu:

"Qarabağ" avrokuboklarda oynamadığı halda, bizim istənilən Premyer Liqa klubuna 4-5 qol vurmağa qadirdir. Komandanın iki-üç "açar" oyunçusu meydana daxil olan kimi məsəslə həll olundu. Həmin futbolçular "Kəpəz"lə görüşdə də sonradan oyuna daxil olaraq, matçın taleyini həll etmişdilər. "Sabah"ın sondan 4-cü yerdə olması bizim üçün təəccüblüdür. Bu komandadan daha çox nəticə gözləyirdik. Bəlkə də hesab 7:1 olmaya bilərdi. "Sabah" Ağdam klubuna qarşı açıq oyun nümayiş etdirdi. "Qarabağ"a qarşı da açıq oynayırsansa, bu qədər qol buraxmağa hazır olmalısan. Bu baxmından, mənim üçün təəccüblü heç nə baş verməyib. "Neftçi", "Sabah" və digər komandalar "Qarabağ"dan həm büdcə, həm də təcrübə baxmından geridə qalırlar. "Qarabağ" on ilə yaxındır ki, Avropada güclü komanlarla qarşılaşır. Bu isə komandaya əvəzolunmaz praktika qazandırıb".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR