İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qarabağ” İsveçdə tarix yazdı (VİDEO)

3601 09.08.2013 00:19 İdman A A
Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, bu turdakı yeganə təmsilçimiz “Qarabağ” növbəti oyununa çıxıb. Ağdam klubunun rəqibi İsveç təmsilçisi “Gefle” olub.

Bakıda 1:0 hesablı qələbə qazanan Qurban Qurbanovun yetirmələri rəqibini Skandinaviyada da məğlub edib. Komandamız hər hissədə 1 qol vuraraq 4-cü təsnifat mərhələsinə yüksəlib.

Ağdamlıların hər iki qolunu braziliyalı legionerləri vurub. Reynaldo isveçlilərlə ilk oyundakı kimi yenə fərqlənməyi bacarıb.

Avropa Liqası
Üçüncü təsnifat mərhələsi (cavab oyunu)

8 avqust

22:00. “Gefle” (İsveç) - “Qarabağ” (Azərbaycan)- 0:2
QOLLAR: Çumbinyo, 41, Reynaldo da Silva, 50
ilk oyun - 0:1

Baş hakim: Stefan Klossner (İsveçrə).
Sundsvall. “Norrporten Arena”. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR