İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qarabağ" ispaniyalı futbolçu ilə 3 illik müqavilə imzalayıb

736 24.06.2019 10:55 İdman A A

Ağdamın "Qarabağ" klubu yeni mövsüm üçün ilk transferini reallaşdırıb.

APA-nın məlumatına görə, Azərbaycan çempionu ispaniyalı futbolçu Xayme Romero Rodrigesi heyətinə cəlb edib.

Legionerlə üç illik müqavilə imzalanıb. Yeni transfer komandada "9" nömrəli formayla çıxış edəcək.

Karyerasına “Albasete”də başlayan 28 yaşlı futbolçu həmçinin “Saraqosa”, “Real”ın B komandası, İtaliyanın “Bari” və “Udineze” kimi klublarının şərəfini qoruyub. “Deportivo Luqo”da icarədə oynayan X.Romero son olaraq ölkəsinin "Kordoba" klubunda çıxış edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR