UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda "Qarabağ" və Portuqaliyanın "Sportinq" komandaları arasında keçiriləcək oyunun baş hakimi açıqlanıb.
"Report" xəbər verir ki, qarşılaşmanı çexiyalı referi Petr Ardeleanu idarə edəcək.
Ardeleanu 2014-cü il dekabrın 11-də "Qarabağ"la İtaliya "İnter"i arasında keçirilmiş qarşılaşmada əlavə köməkçi hakim funksiyasını yerinə yetirib. 0:0 hesabı ilə yekunlaşmış görüşün uzatma dəqiqələrində Azərbaycan təmsilçisi fərqlənsə də, çexiyalı baş hakim Miroslav Zelinka təmiz qolu saymayıb. Nəticədə "Qarabağ" qrupda qalıb. Ardeleanu həmin matçda qapılardan birinin arxasında mövqe tutub.






