İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qarabağ"ın əsas qapıçısı əməliyyat edilib, 2 ay yarım oynamayacaq

546 19.12.2021 16:57 İdman A A

"Qarabağ" klubunun və Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Türkiyədə əməliyyat olunub.

Bu barədə "Report"a Ağdam təmsilçisinin Mətbuat Xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.

Onun sözlərinə görə, 27 yaşlı qolkiper sağ qolundakı problem ucbatında cərrahi müdaxiləyə ehtiyac duyub. Həkimlərin ilkin rəyinə əsasən, Məhəmmədəliyev 2,5 ay sonra yaşıl meydanlara qayıdacaq.

Qeyd edək ki, daha əvvəl "köhlən atlar"ın digər qapıçısı Emil Balayev də Almaniyada əməliyyat edilib. Onun yanvarın ortalarında sıraya dönəcəyi gözlənilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR