"Qarabağ"ın Çempionlar Liqasında keçirəcəyi oyunun biletləri iyulun 7-də satışa çıxarılacaq
"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində "F91 Düdelanj"la (Lüksemburq) keçirəcəyi oyunun biletlərinin satışa çıxarılacağı tarix məlum olub.
"Report"un klubun saytına istinadən verdiyi məlumata görə, azarkeşlər iyulun 7-si saat 10:00-dan etibarən biletləri Tofiq Bəhramov adına Respublika stadionun kassalarından əldə edə bilərlər.
Biletlərin qiyməti nömrəli sektorlara görə 1-5 AZN arası dəyişir, VİP sektoruna isə 30 AZN-dir.
1-5 və 24-28 nömrəli sektorlar - 1 AZN
6-10 və 19-23 nömrəli sektorlar - 2 AZN
11-13 və 16-18 nömrəli sektorlar - 5AZN
VİP (14-15 sektorlar) - 30 AZN
Qeyd edək ki, "Qarabağ" - "F91 Düdelnaj" matçı iyulun 12-si saat 21:00-da start götürəcək.






